Ötən gün Bərdədə istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi açılış mərasimində dövlət başçısına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “ASAN məktəb” layihəsi barədə məlumat verilib.
“ASAN xidmət” mərkəzinin tərkibində yaradılan “ASAN məktəb” Bərdə rayonunun ümumi təhsil məktəblərinə I sinif şagirdlərinin qəbulunu təşkil edəcək və bu prosesdə vaxt itkisini aradan qaldıracaq, şəffaflığı artıracaq.
“ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumi təhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinifə qəbulla bağlı vəziyyəti öyrənir. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçiriləcək. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunacaq.
“ASAN məktəb” layihəsi çərçivəsində digər xidmət ümumi təhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında elektron arayışın verilməsidir. Bu xidmət hazırda ölkənin dövlət və özəl ümumi təhsil məktəblərində çalışan 225 minədək əməkdaşı əhatə edir. Əməkdaş çalışdığı təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə, öz iş yeri haqqında elektron arayış əldə edir və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərir.
“ASAN məktəb” layihəsi çərçivəsində növbəti xidmət ümumi təhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayışın verilməsidir. Dövlət və özəl ümumi təhsil məktəblərində oxuyan 1 milyon 325 mindən artıq şagirdi və onların valideynlərini əhatə edən bu xidmət valideynə təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə övladının oxuduğu məktəb, sinfi, tədris dili və öyrəndiyi xarici dil haqqında elektron arayış əldə etmək və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərmək imkanı verir.
Mərkəzdə yaradılmış “ASAN kadr” karyera mərkəzi “ASAN məktəb” könüllülük proqramını bitirmiş gənclərə iş tapmaq üçün xüsusi imkanlar verir. Bunun üçün hazırlanmış www.asankadr.az portalı işaxtaranların məşğulluğuna və işəgötürənlərin müvafiq kadrlarla təmin olunmasına şərait yaradır.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri