Vətəndaşların bank kartlarından pul vəsaitlərinin oğurlanması davam edir

06-05-2025 / 10:26

Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb.

Xeberler.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər vətəndaşa məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, təhlükə var!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə