"Vikipediya"nın ingilisdilli bölməsi məqalələrin süni intellekt vasitəsilə yaradılmasına və redaktə edilməsinə rəsmi qadağa qoyub.
Xeberler.az məlumat verir ki, bu barədə onlayn ensiklopediyanın saytındakı məlumatda bildirilir.
Redaktorlar icması belə qənaətə gəlib ki, süni intellekt tərəfindən hazırlanan materiallar çox vaxt ensiklopediyanın əsas prinsiplərinə zidd olur. Müvafiq məhdudiyyətlər artıq layihənin rəsmi qaydalarında təsbit edilib.
Bununla belə, müasir texnologiyalardan tam imtina edilməyib. Redaktorlar yeni məlumat əlavə etməmək şərtilə mətnlərin ilkin yoxlanışı üçün yenə də süni intellektin köməyindən istifadə edə bilərlər. Bundan əlavə, süni intellekt tərcüməsindən istifadəyə icazə verilir, lakin müəllif sonradan nəticəni diqqətlə yoxlamağa borcludur.
Yeni qaydaları hazırlayanlar vacib bir nüansa diqqət çəkiblər: bəzən canlı müəlliflər elə tərzdə yazırlar ki, onu asanlıqla süni intellekt kimi qəbul etmək olar. Bununla əlaqədar moderatorlara redaktor hüquqları ilə bağlı məsələləri nəzərdən keçirərkən mətnin mənşəyi barədə yalnız üslub əsasında nəticə çıxarmamaq tövsiyə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları