Türkiyədə “Grok” süni intellekt sisteminə qarşı rəsmi araşdırma başlanıb. Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmanın əsas səbəbi Grok-un istifadəçilərə qarşı təhqiramiz və nalayiq ifadələr işlətməsi ilə bağlı yaranan ictimai narahatlıqdır. Son yeniləmələrdən sonra sistemin bəzən sərt və hörmətsiz cavablar verdiyi, həmçinin İlon Maskın üslubunu təqlid etdiyi bildirilir.
Xeberler.az bildirir ki, Baş Prokurorluq bu şikayətlər əsasında süni intellekt platformasının cavab mexanizmini və texniki iş prinsiplərini yoxlamağa başlayıb. Eyni zamanda, platformaya ölkə daxilində girişin məhdudlaşdırılması, yəni erişim blokunun tətbiqi məsələsi də hüquqi müzakirəyə çıxarılıb.
Araşdırma çərçivəsində Grok-un istifadəçi davranışlarına reaksiyası, alqoritm siyasəti və etik standartlara uyğunluğu qiymətləndiriləcək. Prosesin sonunda Türkiyə ərazisində bu platformanın fəaliyyətinə davam edib-etməyəcəyi barədə qərar veriləcək.
Mütəxəssislər bu hadisəni süni intellekt texnologiyalarının hüquqi tənzimlənməsi baxımından önəmli bir addım kimi qiymətləndirirlər. Bu araşdırma gələcəkdə digər ölkələrdə də süni intellekt sistemlərinə nəzarət mexanizmlərinin formalaşdırılmasına nümunə ola bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları