Previous Next
Bağla

Virtualkarabakh.az portalının yeni versiyası ictimaiyyətə təqdim olunub

20-10-2018 10:07
Virtualkarabakh.az portalının yeni versiyası ictimaiyyətə təqdim olunub

Oktyabrın 19-da “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “virtualkarabakh.az” portalının yeni versiyasını ictimaiyyətə təqdim edib. 

Xeberler.az  bildirir ki, AZƏRTAC-ın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə İctimai Birliyin hazırladığı, Qarabağ mövzusuna həsr olunan qısa, lakin məzmunlu infovideolar və “İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filminin türk dilində versiyası təqdim olunub.

İctimai Birliyin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev tədbirdə çıxış edərək 2013-cü ilin dekabrında ilk portalın təqdim edildiyini söyləyib. O bildirib ki, internet resursu bu illər ərzində minlərlə insanın Qarabağ haqqında informasiya almasına xidmət edib. Lakin keçən dövr ərzində informasiya resurlarına olan tələb dəyişib. İctimai Birlik yeni tələbləri nəzərə alaraq, dizayn baxımdan modern, istifadə baxımdan funksional, daha çox vizual məhsulların əksini tapdığı yeni portal hazırlayıb. Yaşadığımız qlobal informasiya cəmiyyətində ölkəmiz haqqında düzgün informasiyanın çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında məlumatların dünyaya çatdırılması üçün funksional, dizayn baxımdan müasir, zəngin məlumatlar təqdim edən informasiya resurslarına ehtiyac duyulur. Təqdim olunan virtualkarabakh.az portalının yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir.

“Portal müasir dövrün tələblərinə uyğun daha dinamik, yeni dizayn standartları ilə orijinal proqram üzərində yenidən qurulub. İnternet resursu dayanıqlıdır, qorunur və axtarış sistemlərinə uyğun köklənib. Bu isə müxtəlif beynəlxalq axtarış platformalarında portalın məlumatlarının daha tez tapılmasına kömək edəcək”, - deyə natiq əlavə edib.

Diqqətə çatdırılıb ki, yeni portalda Qarabağın tarixi, mədəniyyəti, təbiəti, münaqişə haqqında informasiyalarla yanaşı, sənədli filmlər, elektron məhsullar, mobil tətbiqlər, yeniyetmə və gənclər üçün Qarabağ mövzusunda virtual oyunlar, qısa və məzmunlu məlumat verən infoqrafikalar, infovideolar, bir çox Qarabağ xanəndələrinin musiqilərinin, filmlərin səsləndirildiyi radio, müasir proqram təminatlı kitabxana, müasir proqram təminatlı xəritələr, interaktiv təklif bölməsi yerləşdirilib. Qarabağla bağlı ümumiləşmiş informasiya resursu olan portalda Azərbaycanın bu qədim ərazisinə dair çoxlu sayda foto və videonun yerləşdiyi qalereya da istifadəçilərə təqdim olunub. Yeni portalda gənclərin foto-info metodu ilə məlumatlanması üçün ayrıca slayd fəaliyyətə başlayıb. Portal həm bütövlükdə cəmiyyətimizin, həm də yeniyetmə və gənclərimizin məlumatlanmasına xidmət edəcək.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev portalın əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, portal həm cəmiyyətimizin, həm də yeniyetmə və gənclərimizin məlumatlanmasına xidmət edəcək. Bu gün təqdim edilən yeni portalı Qarabağla bağlı dolğun informasiya resursu adlandırmaq olar. Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya yayılmasında gənclərimizin fəallığının artırılması təqdirəlayiqdir. “Bu gün qlobal informasiya cəmiyyətində yaşayırıq. Bu isə bizdən dünya ictimaiyyətinə ölkəmiz haqqında düzgün informasiyanın çatdırılmasını tələb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında məlumatların dünyaya çatdırılması üçün funksional, müasir, baxımlı informasiya resurslarına ciddi ehtiyac duyulur. Zənnimcə, bu gün təqdim edilən portalın yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir”, - deyə Ü.Quliyev əlavə edib

Tədbirdə digər çıxış edənlər də portalın Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasındakı əhəmiyyətini yüksək qiymətləndirib, internet resursunun gənclərin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramına uyğun olaraq yaradılıb. Mərkəz ötən ilin oktyabrında dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi adlandırılıb. İctimai Birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Qarabağ haqqında, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat çatdırmaqdır. İctimai Birlik bu günədək Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Virtual Qarabağ Google Mədəniyyət İnstitutunun tərəfdaşı olub

14-06-2019

Qarabağla bağlı yeni 3D filmlər və elektron xəritə təqdim olundu

23-12-2015

“Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaq

08-07-2011

Qarabağ adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub

10-12-2018

Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

04-03-2009

Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanır

05-08-2015

Qarabağ haqqında sayt hazırlanıb

21-09-2015

Azərbaycanda gənclər üçün peşə seçimi ilə bağlı portal istifadəyə verilib

23-04-2013

5 dildə Qarabağdan bəhs edən sayt istifadəyə verildi

22-09-2015

Azerbaijans.com tərəfindən həyata keçirilən üç layihə yekunlaşmaq üzrədir

12-07-2012

Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına etiraz etdi

29-10-2010

NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

17-06-2021

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011

ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap etdi.

01-07-2011

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən film təqdim edilib

12-02-2021

Qarabağ haqqında internetdə ensiklopedik blog yaradılır

01-06-2009

Qarabağ həqiqətləri milli saytlarımızda

24-04-2015

“ABB-Qarabağ” kobrend kartı buraxılır!

15-12-2025

Ermənilər İtaliyada www.Karabakh.it saytını yaratdılar

23-01-2011

Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği üçün layihələrin icrasına başlanılacaq

09-09-2013

Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş saytın təqdimatı oldu

11-09-2009

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

21-11-2020

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə