Previous Next
Bağla

Azerbaijans.com tərəfindən həyata keçirilən üç layihə yekunlaşmaq üzrədir

12-07-2012 13:10
Azerbaijans.com  tərəfindən həyata keçirilən üç layihə yekunlaşmaq üzrədir

Azerbaijans.com və garabagh.net saytlarının qurucusu İlham Abduyev “Virtual Qarabağ”la bağlı açıqlama verib.

Xəbərlər-in verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Azerbaijans.com saytı tərəfindən bir neçə aydır ki, həyata keçirilən üç layihə artıq yekunlaşmaq üzrədir.

Layihələrdən biri www.butalife.com saytıdır. Bu saytın əsas məqsədi  ümumi marağa malik istifadəçiləri bir qrupda birləşdirmək, milli sosial şəbəkə kimi intensiv əlaqələr yaratmağa nail olmaqdır.

İkinci layihə www.butacolor.com foto-paylaşım saytıdır. Bu sayt fotobank funksiyasını yerinə yetirəcək. Qeydiyyata düşməklə istifadəçi axtarış sisteminə malik olan sayta foto yükləyəcək və ya istədiyi mövzuya aid fotonu əldə edə biləcək.

Üçüncü layihə isə www.azerbaijanphoto.com saytıdır. Sayt ölkəmizi şəhər-şəhər, kənd-kənd vizual olaraq foto formatda tanımaq imkanı yaradacaq bir layihədir.

Bu layihə ilə internet istifadəçiləri Azərbaycanın tarixi yerlərini, əsrarəngiz təbiətini virtual olaraq seyr edə biləcəklər

Qeyd edək ki, hər üç layihənin sentyabr-oktyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulub. Bu üç layihə bitidikdən sonra oktyabr ayından etibarən daha dörd layihənin icrasına başlanılacaq.

Bu layihələr ““Virtual Qarabağ” Mərkəzi”nin yaradılması ilə bağlı irəli sürülən təkliflərin bir neçəsi əsasında tərtib olunub.

İcrası nəzərdə tutulan laiyəhələr bunlardır:

1. Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması - Layihənin məqsədi işğal altında olan bütün Qarabağ kəndlərinin tarixi, coğrafiyası, özünəməxsusluğu və s. haqqında virtual ensiklopediya hazırlamaq və internet istifadəçilərinə yaşayış məskənlərimiz haqqında ətraflı informasiya verməkdir.

2. Qarabağa həsr olunmuş bütün elmi kitab, məqalələr, məcmuə və s. özündə cəmləyən “Qarabağ salnaməsi” adlı virtual kitabxananın yaradılması -Bu layihə vasitəsilə həm Qarabağın tarixi, mədəniyyəti, təbiəti, həm də Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu barədə geniş bilgi toplanılması və həmin materialların elektron oxunulmasını təmin etmək nəzərdə tutulb.

3. Sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qruplarının yaradılması - Bu layihə müxtəlif dövlətlərə və onların dillərinə uyğun olaraq sosial şəbəkələrdə təbliğat qrupları yaradılmasının, bunula da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını nəzərdə tutur.

4. Dünyanın ali məktəb tələbələri üçün “Virtal Qarabağ tələbə forumu” - Layihə dünya tələbələri arasında Qarabağ probleminin və ona bənzər münaqişələrin müzakirəsini, öyrənilməsini və həlli istiqamətlərində araşdırmaların aparılmasını həyata keçirmək məqsədi daşıyır.

Məlumdur ki, son zamanlar mediada “Virtual Qarabağ” informasiya Komunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı geniş müzakirələr aparılır. Biz də intellekt qrupu olaraq “Virtual Qarabağ”la bağlı təkliflərlə çıxış etmişdik.

Bir daha vurğulamaq istərdik ki, “Virtual Qarabağ”ın formalaşmasında, onun sonrakı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, zənginləşməsində, mərkəzə nəzarətdə və dövlət siyasətinə uyğun idarə olunmasında dövlət strukturları aparıcı mövqeyə malik olmalıdır. Lakin hesab edirik ki, bu istiqamətdə bəzi təklif və layihələr ola bilər ki, bunları vətəndaş cəmiyyətinin nümayəndələri də həyata keçirə bilər.

Məhz bu baxımdan azerbaijans.com və garabagh.net saytları olaraq biz bu işin bir hissəsini həyata keçirməklə “Virtual Qarabağ Mərkəzi”nin yaradılmasına və uğurlu fəaliyyət göstərməsinə bir vətəndaş olaraq öz töhfəmizi vermək niyyətindəyik. Layihələrin uğurla və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün arzu və təkliflərinizi [email protected] elektron ünvanına yazıb göndərə bilərsiniz.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağ haqqında internetdə ensiklopedik blog yaradılır

01-06-2009

İşğal olunmuş rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsi yaradılır

04-10-2010

“Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaq

08-07-2011

Elektron ensiklopediya işıq üzü gördü

02-12-2011

ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap etdi.

01-07-2011

Virtual Qarabağ Google Mədəniyyət İnstitutunun tərəfdaşı olub

14-06-2019

Qarabağ həqiqətləri milli saytlarımızda

24-04-2015

Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş saytın təqdimatı oldu

11-09-2009

5 dildə Qarabağdan bəhs edən sayt istifadəyə verildi

22-09-2015

Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına etiraz etdi

29-10-2010

Virtualkarabakh.az portalının yeni versiyası ictimaiyyətə təqdim olunub

20-10-2018

Qarabağla bağlı yeni 3D filmlər və elektron xəritə təqdim olundu

23-12-2015

Azərbaycana məxsus beynəlxalq sosial şəbəkə yaradıldı

18-09-2012

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011

"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

19-01-2011

Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılıb

03-12-2008

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən film təqdim edilib

12-02-2021

Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

04-03-2009

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanır

05-08-2015

Qarabağ haqqında sayt hazırlanıb

21-09-2015

Sosial servislərin tədris prosesində rolu ilə bağlı müzakirələr və təlimlər keçiriləcək

27-03-2012

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Qarabağ Dirçəliş Fondu KarabakhChallenge kampaniyasına start verib

23-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə