“Webrazzi Summit 2015”-də hansı startaplar qalib oldu?

23-10-2015 / 13:07

Məlumat verdiyimiz kimi, Türkiyədə  "Webrazzi Summit 2015" konfransı keçirilirdi.

Xeberler.az-ın məlumatına görə, konfrans başa çatıb.

Bu il "Webrazzi Summit 2015" -də 50 startap iştirak edib. 50 startap arasından 12 startap qalib olmaq uğrunda mübarizə aparıb. 

Münsif qiymətləndirməsi nəticəsində "Webrazzi Arena" yarışmasının bu ilki çempionu, telefon istehsal edən firmalarla smartfon istifadəçilərini bir araya gətirən Twentify olub.

Bindi Karia, Brendan Baker, Melih Ödemiş və Emre Kurttepelidən ibarət münsifin suallarını cavablayan startaplar arasından 3 qazanan startap Twentify, Evreka, Segmentify oldu.

Hər üç komanda yarışın nəticəsi olaraq TechCrunch disrupt Londonda Startup Alley-də iştirak hüququ qazanıb.

Qeyd edək ki, konfrans 2 gün davam edib.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.