Previous Next
Bağla

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

27-09-2024 12:33
Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Roadshow” layihəsi ilə ölkənin startaplarına dəstək göstərməyə davam edir.

Xeberler.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, layihə çərçivəsində oktyabrın 28-dən 30-dək San-Fransiskoda keçiriləcək və dünyanın ən prestijli texnologiya tədbiri hesab olunan “TechCrunch Disrupt 2024” sammitində Azərbaycandan beş startapın (“Polygraf AI”, “iomete”, “Dosty”, “Recepta”, “Adviad”) iştirakı nəzərdə tutulub.

Sammitdə Azərbaycanı təmsil edən startaplardan biri “Recepta” “Startup Battlefield” müsabiqəsinin seçim mərhələsindən uğurla keçərək müsabiqədə iştirak hüququ əldə edib. Builki müsabiqənin ilkin mərhələsinə 200 startap qatılacaq, final mərhələdə isə 20 startapın investorlar önündə təqdimatı (“pitching”) baş tutacaq. Qalib komanda 100 min dollar məbləğində mükafat alacaq.

“Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və “yaşıl dünya”ya keçidi mümkün edən həllər təklif edir. Sammitdə iştirak edəcək digər Azərbaycan startapları süni intellektlə bağlı risklərin qarşısının alınması və aşkarlanması (“Polygraf AI”), data idarəetməsi (“iomete”), ev heyvanlarının baxımı (“Dosty”) və hərtərəfli rəqəmsal marketinq (“Adviad”) həlləri təklif edir.

Qeyd edək ki, “Roadshow” layihəsi Azərbaycanın startap ekosistemində fəallığı ilə seçilən startapların ən nüfuzlu beynəlxalq tədbirlərdə iştirakına dəstək olmaq məqsədilə həyata keçirilir. Son iki il ərzində Azərbaycan startapları “TechCrunch Disrupt”la yanaşı, “Web Summit”, “Latitude 59”, “Money 20/20”, “Pirate Summit 2023”, “4YFN Barcelona 2024” və “GITEX” kimi nüfuzlu sammit və konfranslarda iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı təsisçinin startapı beynəlxalq yarışmanın qalibi olub

Azərbaycanlı təsisçinin startapı beynəlxalq yarışmanın qalibi olub

29-08-2025
Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

30-08-2016
Azərbaycanlı startapçının yaratdığı süni intelekt yarışın qalibi olub

Azərbaycanlı startapçının yaratdığı süni intelekt yarışın qalibi olub

25-08-2025
Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər

Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər

13-12-2019
 Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

25-05-2026
INNOLAND-in rezidentləri Berlində Azərbaycanı təmsil edəcək

INNOLAND-in rezidentləri Berlində Azərbaycanı təmsil edəcək

09-12-2019
Azərbaycan startapları 3-cü Qətər “Web Summit”ində iştirak edəcək

Azərbaycan startapları 3-cü Qətər “Web Summit”ində iştirak edəcək

22-01-2026
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026
Azərbaycan və Gürcüstanın startapları arasında Anlaşma Memmorandumu imzalanıb

Azərbaycan və Gürcüstanın startapları arasında Anlaşma Memmorandumu imzalanıb

16-10-2024
“Take Off Baku” beynəlxalq startap  sammiti keçiriləcək

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022
“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024
Startaplar Londonda toplaşacaq

Startaplar Londonda toplaşacaq

02-11-2015
“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025
Azərbaycan startapları xarici investorlara təqdim edilib

Azərbaycan startapları xarici investorlara təqdim edilib

30-10-2022
Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

27-11-2017
Türkiyə startapları TechCrunch Disrupt London 2015-də

Türkiyə startapları TechCrunch Disrupt London 2015-də

09-12-2015
“Webrazzi Summit 2015”-də hansı startaplar qalib oldu?

“Webrazzi Summit 2015”-də hansı startaplar qalib oldu?

23-10-2015
Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

20-09-2024
İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023
Startapçımız Türkiyədə keçirilən tədbirdə- Fotolar

Startapçımız Türkiyədə keçirilən tədbirdə- Fotolar

19-10-2016
Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000
Qətərdə 3-cü “Web Summit” keçiriləcək

Qətərdə 3-cü “Web Summit” keçiriləcək

20-11-2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025
Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

23-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə