WhatsApp-da görüntülü danışa biləcəksiniz

09-05-2016 / 11:09

WhatsApp son dövrlərdə dayanmadan yenilik edir.

Məlum olduğu kimi, hazırda WhatsApp üzərindən səsli zəng xidməti aktivdir. Amma bu, birbaşa zəng olduğu üçün o qədər də uğur qazana bilmədi. Ona görə də şirkət hazırda videozəng funksiyası üzərində işləyir.

Xeberler.az-ın məlumatına görə, bununla yanaşı, WhatsApp səsli mesaj xidmətini  səsli zənglərə daxil edəcək. Çünki hazırda WhatsApp-dan zəng edəndə qarşı tərəfin interneti aktiv deyilsə, sonra bu zəngi ona bildirə bilmirsiniz. Bu məqamda səsli mesaj  özəlliyini  də bu funksiyaya əlavə edəcək WhatsApp zəng etdiyiniz şəxsin internet bağlantısı olanda bu səsli mesajı qarşı tərəfə çatdıracaq.

Həmçinin şirkət  NFC Tag, Zip və Vcf dəstəyini də platformaya gətirməyə hazırlaşır.

 

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə