Whatsapp tərtibatçıları messencerə səsli mesajlar ilə bağlı yeni funksiyaların əlavə edildiyini bildiriblər. Yeni funksiyalar səsli mesajlardan tez-tez istifadə edən Whatsapp istifadəçilərinə faydalı olacaq.
Xeberler.az bildirir ki, sözügedən funksiyalar əvvəl Whatsapp-ın beta versiyasında aktiv olublar. İndi onlar messencerin stabil versiyasında istifadəyə verilib. Yeni funksiyalar tədricən hamı üçün aktiv olacaq. Beləliklə, Whatsapp-a səsli mesajlar ilə bağlı əlavə edilmiş 6 yeni funksiya aşağıdakılardır:
Qəbul edilmiş səsli mesaja çat xaricində qulaq asa bilmək. Belə ki, istifadəçi bir çatda səsli mesaja qulaq asan zaman rahatlıqla digər çata keçid edə bilər. Bu zaman səsli mesaj avtomatik olaraq dayandırılmayacaq;
Səsli mesajın yazılması prosesini dayandırmaq və daha sonra qaldığı yerdən davam etmək olar;
Səsli mesaja qulaq asan zaman da onu dayandırmaq olar. Daha sonra istifadəçi çata geri döndükdə səsli mesajı dayandırdığı yerdən qulaq asmağa davam edə bilər;
Səsli mesajın vizuallaşdırılması. Səsli mesaja qulaq asan zaman interfeysdə səs dalğaları əks olunacaq;
Bundan sonra yazılmış səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq mümkün olacaq;
1.5x və 2x sürətləndirmə artıq adi səsli mesajlar ilə yanaşı yönləndirilmiş səsli mesajlar üçün də aktivdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri