WhatsApp videozəng funksiyasını istifadəyə verdi-Rəsmi

15-11-2016 / 11:48

Məlumat verdiyimiz kimi, uzun müddətdir ki, WhatsApp videozəng funksiyasını  istifadəyə verməyə hazırlaşır.

Qeyd olunduğu kimi, WhatsApp-da bu funksiya hələ də bütün istifadəçilərə təqdim edilməmişdi. Yalnız test proqramını istifadə edənlər bu funksiyadan yararlana bilirdi.

Artıq xidmət bu gündən başlayaraq yaxın 2-3 gün ərzində bütün istifadəçilərə təqdim ediləcək.

Xeberler.az bildirir ki, bunu WhatsApp bu gün rəsmi bloqundan elan edib.

Məlumata görə, WhatsApp-ın iOS, Android və Windows Phone mobil tətbiqlərinə gələn/gələcək yeniləmə ilə atıq məşhur mesajlaşma tətbiqində görüntülü zəng edə biləcəksiniz.

Qeyd edək ki, bu yeni xidmət WhastApp-ın ötən il təqdim etdiyi səsli axtarış xüsusiyyətinə bənzər şəkildə, istifadəçilərin tək düyməyə toxunaraq qarşı tərəflə video bağlantı yaratmasını təmin edir. Belə ki, yeni xidmət sahəsində "Axtarış" düyməsini toxunanda WhatsApp birbaşa səsli axtarış etmək əvəzinə səsli və video axtarış variantlarını təqdim edir. "Video" ikonuna toxunduğunuzda artıq görüntülü zəng edə bilərsiniz.

WhatsApp açıqlamasında video zəngi yalnız ən bahalı ağıllı telefonu və yaxşı bir internet xidməti olan istifadəçilər üçün əlçatan olacağını deyib. 

WhatsApp tətbiqinə bu gündən etibarən gələcək yeniləməni tətbiq edərək xüsusiyyəti istifadə etməyə başlaya bilərsiniz.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə