“WhatsApp” kriptovalyuta ödənişləri xidmətini işə salıb

09-12-2021 / 19:20

“WhatsApp” messenceri “Novi” (“Meta”ya məxsus olan rəqəmsal cüzdan) ilə inteqrasiya yolu ilə az sayda ABŞ istifadəçisi üçün ani kriptovalyuta ödənişləri xidmətini işə salıb.

Xeberler.az bildirir ki, pilot proqram tətbiq vasitəsilə insanlara “Paxos Dollar” (USPD) kriptovalyutasından istifadə edərək “dərhal, təhlükəsiz və komissiyasız” pul göndərmək və qəbul etmək imkanı verir.

“WhatsApp” vasitəsilə pul göndərmək üçün “Novi” sistemindən istifadə sayına məhdudiyyət yoxdur. İstifadə tezliyindən asılı olmayaraq, hesabdakı balansın saxlanması və ya karta çıxarılması ilə bağlı komissiya tutulmur. Bundan əlavə, “Novi”nin messencerə daxil edilməsi şəxsi mesajların şifrələnməsinə heç bir şəkildə təsir göstərmir.

Xatırladaq ki, “WhatsApp” artıq Hindistan və Braziliyada da ödəniş sistemlərini təklif edir, lakin onlar kriptovalyutadan deyil, ənənəvi valyutalarla işləyir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.