WhatsApp yeni proqram təqdim edib

06-09-2017 / 11:13

Məlumat verdiyimiz kimi, bu yaxınılardda WhatsApp biznes sahibləri üçün yeni xidmətlər istifadəyə verdi. 

Göründüyü kimi, Facebook WhatsApp-ı 19 milyard dollar satın aldıqdan sonra indi də pul qazanmağı planlaşdırır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, WhatsApp kiçik və orta ölçülü şirkətlərin ödənişli istifadə edə biləcəyi bir proqramı istifadəyə verməyə hazırlaşır.

Belə ki, bu proqramda biznes sahiblərinin istifadə edə biləcəyi xüsusi özəlliklər yer alıb.

Bu ödənişli proqram məsələn, böyük hava yolu şirkətlərinə WhatsApp vasitəsilə sərnişilərinə uçuşları xatırlatmaq imkanı verəcək və ya yemək sifarişlərinin görüntüsünü platforma üzərindən göndərə biləcək.

WhatsApp-ın rəsmisi Matt Idema açıqlamasında deyib ki, bu xidməti yaratmaqda əsas məqsəd insanların şirkətlərdən ehtiyacı olan cavabları almalarını təmin etməkdir.

Hazırda WhatsApp 1.3 milyard istifadəçiyə sahibdir. 

Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.