“WhatsApp” vasitəsilə bank kartlarına hücum edilir

18-02-2021 / 18:57

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt" MMC adından sui-istifadə etməklə  hədəflərinə Whatsapp vaxitəsilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.

Xeberler.az bildirir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların artıq Azərbaycan nömrələriylə aldadılması daha öncə haqqında məlumat verilən sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır və yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb:

"Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmaq tövsiyə edilib”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə