Wi-Fi xüsusiyyətinə sahib qəhvə aparatı istehsal olunub

15-04-2015 / 17:46

Ev avtomatlaşdırılması mövzusunda ən təcrübəlilərdən olan Belkin, WeMo qurğularını tanıtmağa davam edir.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, Wi-Fi xüsusiyyətinə sahib qəhvə hazırlaya bilən aparat istehsal olunub. Mr. Coffee adı verilən aparatı telefon və ya planşetinizə yükləyəcəyiniz bir tətbiqdən idarə edə bilərsiniz. Model 10 fincana qədər qəhvə hazırlaya bilir. Yüklənən tətbiq vasitəsilə qəhvə istehsalını zamanlaya, nə vəziyyətdə olduğunu izləyə, cihazı açıb bağlaya və təmizlənməyə ehtiyac olduqda bildiriş ala bilərsiniz.

Qəhvənizi yatağınızdan qalxmadan, ya da evə gəldiyiniz zaman hazırlada bilərsiniz. Aparatın qiyməti 150 dollardır.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə