21 meqapiksel ön kameraya sahib telefon

19-11-2015 / 15:02

"2014 Oscar"  mərasimində aparıcı Ellen DeGeneres tərəfindən Galaxy Note 3-ün ön kamerası ilə çəkilən şəkildən  sonra selfie daha çox populyarlaşdı.

Bu hadisədən sonra mobil telefon istehsalçıları da bu məqama diqqətlə yanaşmağa başladı. Ön kamerası daha yaxşı olan telefonlar istehsal olunmağa başladı.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin ağıllı telefon istehsalçısı 21 meqapiksel kameraya sahib Meitu V4 adlı ağıllı telefon istehsal edib.

Ön kamerası ilə rekord göstəriciyə malik olan Meitu V4-ün arxa kamerası da 21 meqapikseldir.

Qeyd edək ki, telefonun ön kamerası həmçinin, LED işıq və 78 dərəcə görmə bucağına sahibdir.

Ağıllı telefonun batareyası 2650 mAh gücündədir.

Meitu V4 -ün qiyməti isə 548 dollardır.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə