Bu cihazla telefonunuzun enerjisi bitməyəcək

13-04-2015 / 17:39

Tunçmatik Mini Charge 2000 saxlanılan enerjini istifadə edərək mobil cihazlarınızı istədiyiniz zaman, istədiyiniz yerdə batareyasını doldurmaq rahatlığını təqdim edir.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, təqdim etdiyi keyfiyyətli və etibarlı məhsullarla bazarda müəyyən qədər tanınan Tunçmatik keçdiyimiz günlərdə bu məhsulu tanıtmış və tətbiq bəyənilmişdi. Firma yeni daşına bilər batareyası Minicharge 2000-i tanıdıb. Məhsul sahib olduğu etibarlı və dayanıqlı 2000 mAh-lıq Li-Ion batareyası ilə bir çox daşınan cihazı enerji ilə təmin edə bilir. Musiqi çalarınızın, telefonunuzun, planşetinizin, ümumiyyətlə, ağlınıza gələ biləcək USB vasitəsilə doldurulması olan bütün cihazlarla uyğundur.

Qara, ağ, narıncı, qırmızı, mavi və yaşıl olmaq üzrə 6 fərqli rəng variantı olan model dizaynlı məhsul, batareya durumunu göstərən 4 ədəd mavi LED-ə malikdir. Beləliklə, artıq yarı yolda qalmaq yoxdur. Minicharge 2000 sahib olduğu həddindən artıq axın, həddindən artıq gərginlik, aşağı gərginlikli, həddindən artıq istilik və qısa dövrə qoruma xüsusiyyətləri ilə də diqqət çəkir. Bütün bunlarla birlikdə cihaz, həm özünü həm də qiymətli mobil cihazları qoruyur.

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.