LG G4 istehsal edilib

12-04-2015 / 18:00

LG nin bu ayın sonunda tanıtması gözlənilən yeni admiral gəmisi LG G4 istehsal edilib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni model 28 Apreldə tanıdılacaq.

LG G4 əyri bir quruluşa sahib olacaq. Telefonun arxa qapağı dəri üz qabığından ibarətdir, bir çox fərqli rəng variantına sahibdir.

Modelin dəri qapaq xaricində 3 fərqli rəng variantı ilə standart plastik arxa qapağa sahib olduğu da qeyd edilir.

F / 1.8 diafraqma aralığına sahib 13 megapiksel həllolma dəqiqliyində arxa kameraya yer verən LG bu kameranı infraqırmızı həssaslıq sensoru ilə gücləndirib, kamerada yeni nəsil bir görünüş sabitləmə texnologiyasına yer verib.

Altı nüvəli Qualcomm Un Snapdragon 808 prosessorundan gücünü alacaq olan LG G4 eyni zamanda microSD kart dəstəyinə sahibdir. Gücünü 3000 mAh batareyadan alacaq olan LG G4 8,9 mm qalınlığa malikdir.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə