Robotların müştərilərə xidmət edə bilməsi üçün onları müəyyən hərəkətlərə öyrətmək lazımdır, bu zaman onlar kassir, ofisiant və ya administrator vəzifəsində çalışan insanların işlərinin öhdəsindən gələ biləcəklər.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, bu fikri San-Fransiskoda yerləşən avtomatlaşdırılmış Cafe X müvəffəqiyyətlə sübut edib.
Kafedə çox az insan işləyir və müştərilərə xidmət göstərilməsi ilə bağlı bütün məsələləri müəyyən hərəkətlər üzrə proqramlaşdırılmış robotlar yerinə yetirir; onlar qəhvə hazırlayır, sifarişləri qəbul edir və ziyarətçilərin qulluğunda dururlar.
Hər robot öz təyinatına uyğun müəyyən hərəkətlərə öyrədilib. Belə ki, robot-ofisiant qab-qacağı və xörək cihazlarını yerbəyer edə, sous qabının altına nəlbəki qoya və ya ziyarətçilərə qəhvə gətirə bilər. Robot-barista hətta süni intellekt olmadan da işinin öhdəsindən gəlmək imkanına malikdir. Robot bir saata təxminən yüz fincan qəhvə hazırlaya bilir.
Bir çox insanlar əmindirlər ki, artıq kafelərdə əməkdaşlara ehtiyac yoxdur, çünki onların vəzifəsinin öhdəsindən adi robot asanlıqla gələ bilər. Bununla belə, dəbdə olan tendensiyalara baxmayaraq, insanları maşınlarla əvəz etməyi çox az insan düşünür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri