Cari il oktyabrın 11-də ölkəmizdə ilk dəfə beynəlxalq “Women in Cyber” (Kibertəhlükəsizlikdə Qadınlar) konfransı keçiriləcək.
Xeberler.az bildirir ki, tədbir “Critical Infrastructure Defense Challenge” (CIDC2025) kiberfestivalı çərçivəsində yan tədbir kimi təşkil olunur və kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılmasına, gənc mütəxəssislərin dəstəklənməsinə həsr olunub.
Konfransın məqsədi kibertəhlükəsizlik üzrə sürətlə dəyişən qlobal mühitdə qadınların liderlik mövqelərində iştirakını gücləndirmək, müxtəlif ölkələrdən olan qadın ekspert və tələbələri bir araya gətirməklə bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Tədbirdə Tural Məmmədov, Klaid Mägi, Elsa Neeme, Jana Krimpe, Nataliya Tkaçuk, Dr. Fariz İsmayılzadə, Rauf Cabarov, Nino Vadakaria, Natalia Spinu, Nata Goderdzishvili, Olga Pasichnyk, Zari Uslu və digər nüfuzlu ekspertlərin çıxışları gözlənilir.
Proqram çərçivəsində böhran kommunikasiyası, kiberdavamlılıq, qadınların kibertəhlükəsizliyin gələcəyinin formalaşdırılmasında rolu mövzularında panel müzakirələri keçiriləcək, həmçinin Azərbaycan, Gürcüstan, Estoniya və Birləşmiş Ərəb Əmirliklərindən qadınların uğur hekayələri təqdim olunacaq.
Konfrans ADA Universitetində baş tutacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları