Previous Next
Bağla

İnformatikada qadınların rolu müzakirə ediləcək

27-03-2018 16:50
 İnformatikada qadınların rolu müzakirə ediləcək

Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi aprelin 21-də “Ada mirası: informatikada qadınlar” mövzusunda 3-cü ACM tədbiri keçirəcək.

Xeberler.az-ın məlumatına görə, İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage 2018” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 11.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq.

Daha geniş https://azerbaijan.acm.org/womencourage ünvanında məlumat almaq mümkündür.

“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 3-cü il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womENcourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir. 2016-cı ildə keçirilən birinci tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi, ötən il isə bu say artıq 7 nəfərə çatıb.

Bu il qlobal ACM-W təşkilatının sədr müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer “Ada mirası”nın qonağıdır. Tədbirdə Barselonadakı ötənilki “womENcourage” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşəcəklər. Həmçinin informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə çıxışlar olacaq. Daha sonra konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndiriləcək və təqdimatçılara məsləhətlər veriləcək. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dilidir.

Beynəlxalq “womENcourage” konfransı bu il 3-5 oktyabr Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Konfrans informatikada öz nailiyyətlərini təqdim etmək və təcrübələrini bölüşmək üçün xanımları bir araya gətirir. Daha geniş məlumatı https://womencourage.acm.org/ ünvanından almaq olar. Hər il “womENcourage” həm də bakalavr, magistr və dokotrantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə biləcəklər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformatikada qadınların rolu müzakirə ediləcək

İnformatikada qadınların rolu müzakirə ediləcək

15-04-2016
Qadınların informatikada rolu müzakirə ediləcək

Qadınların informatikada rolu müzakirə ediləcək

20-03-2017
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” Virtual Toplantısı Keçiriləcək

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” Virtual Toplantısı Keçiriləcək

11-08-2020
“Azercell”in sponsorluğu ilə  beynəlxalq “womENcourage” konfransı keçirilir

“Azercell”in sponsorluğu ilə beynəlxalq “womENcourage” konfransı keçirilir

25-09-2020
İKT sahəsindəki qadınlara daha bir dəstək

İKT sahəsindəki qadınlara daha bir dəstək

03-10-2015
Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016
Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015
ADA-da magistraturaya tələbə qəbulu başlanıb

ADA-da magistraturaya tələbə qəbulu başlanıb

28-10-2009
Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018
Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016
Azərbaycan məşhur rəqəmsal kitabxanaya çıxış əldə edib

Azərbaycan məşhur rəqəmsal kitabxanaya çıxış əldə edib

14-12-2022
Beynəlxalq proqramlaşdırma müsabiqəsi yekunlaşdı

Beynəlxalq proqramlaşdırma müsabiqəsi yekunlaşdı

10-12-2014
Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020
“Women in Cyber” beynəlxalq konfransı keçiriləcək

“Women in Cyber” beynəlxalq konfransı keçiriləcək

30-09-2025
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22-02-2020
Bakıda AICT 2019 adlı beynəlxalq konfrans təşkil olunub

Bakıda AICT 2019 adlı beynəlxalq konfrans təşkil olunub

23-10-2019
Tələbələrimiz beynəlxalq  proqramlaşdırma müsabiqəsində qalib oldu

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015
“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019
“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015
“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015
Proqramçılar yay məktəbində

Proqramçılar yay məktəbində

02-09-2015
Nar-dan ADA Innovation Awards 2019-a dəstək

Nar-dan ADA Innovation Awards 2019-a dəstək

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə