Previous Next
Bağla

İnformatikada qadınların rolu müzakirə ediləcək

15-04-2016 10:33
İnformatikada qadınların rolu müzakirə ediləcək

Azərbaycan ACM Bölməsi aprelin  30 -da  “Ada mirası: informatikada qadınlar” mövzusuna həsr olunmuş tədbir təşkil edəcək.

Xeberler.az-ın məlumatına görə, ACM-W Avropanın dəstəyi ilə informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransı ərəfəsində keçiriləcək bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq.

 Daha geniş məlumatı http://azerbaijan.acm.org/womencourage ünvanından almaq mümkündür.

İngilis riyaziyyatçısı Ada Lavleys (Ada Lovelace, 1815-1852) ilk kompüter proqramçısı hesab olunur.

Onun tarixi rolunu qeyd edən “Ada mirası: informatikada qadınlar” texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, onları informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransında iştirak etməyə həvəsləndirmək məqsədi daşıyır.

Konfransda çıxışçılar qadınların informatika sahəsində peşəkar inkişaf, elmi araşdırma və innovativ sahibkarlıq imkanları barədə şəxsi təcrübələrini bölüşəcək.

 Daha sonra konfrans üçün öz layihələrini təqdim edən iştirakçılar münsiflər tərəfindən qiymətləndiriləcək, məsləhətlər alacaqlar.

 Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.

Qeyd edək ki, informatika üzrə mötəbər elm və təhsil təşkilatı olan ACM-in qadınlar üzrə şurası ACM-W beynəlxalq “womEncourage” konfransının sponsorudur.

 Builki konfrans 12-13 sentyabr Avstriyanın Lints şəhərində, İohann Kepler Universitetində keçiriləcək.

Bakıdakı tədbirdə çıxış edəcək ACM-W Avropanın sədri, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer  deyib ki,  bu konfransın məqsədi informatikada öz nailiyyət və təcrübələrini təqdim etmək və bölüşmək üçün bakalavr, magistr və dokotrantura tələbələri, habelə tədqiqatçı və peşəkarları bir araya gətirməkdir:

“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş xanımlara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Müraciət etmək üçün son tarix mayın 9-dur”.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatikada qadınların rolu müzakirə ediləcək

27-03-2018

Qadınların informatikada rolu müzakirə ediləcək

20-03-2017

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” Virtual Toplantısı Keçiriləcək

11-08-2020

“Azercell”in sponsorluğu ilə beynəlxalq “womENcourage” konfransı keçirilir

25-09-2020

İKT sahəsindəki qadınlara daha bir dəstək

03-10-2015

“Women in Cyber” beynəlxalq konfransı keçiriləcək

30-09-2025

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016

Proqramçılar yay məktəbində

02-09-2015

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

Bakıda AICT 2019 adlı beynəlxalq konfrans təşkil olunub

23-10-2019

“İnformatika təhsili” mövzusu müzakirə ediləcək

02-12-2016

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

30-03-2023

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016

Azərbaycan məşhur rəqəmsal kitabxanaya çıxış əldə edib

14-12-2022

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021

Beynəlxalq proqramlaşdırma müsabiqəsi yekunlaşdı

10-12-2014

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə