Yaponlar Robot cib telefonu da istehsal etdilər

26-09-2009 / 09:29

Yaponiya yeni ixtirası ilə yenə texnologiya gündəminə gəldi. Yapon dizayn firması Flower Robotics robot cib telefonu ixtira edib. İki ədəd təkəri olan bu yeni cib telefonu istifadəçinin hərəkətlərini öyrənmə qabiliyyətinə sahibdir.

Çarxları xatırladan bu cihaz, Flower və KDDI adlı telekommunikasiya firmasının əməkdaşlığı ilə birgə hazırlanıb. Polaris adlı bu robot telefon eyni zamanda uzaqdan idarə edilən televiziya pultu kimi də işləyə bilir.

Polaris-in daha da maraqlı olan xüsusiyyəti istifadəçisinin davranışlarını bir məlumat hesab edib qeyd etməsi və getdikcə istifadəçisini daha yaxşı tanımasıdır. Polaris, xüsusi işıq oyunları ilə də evinizi işıqlandıra bilir. Polaris öz xüsusi şarj cihazına malikdir. İstehsalçıların iddiasına görə, cihaz maraqlı funksiyalarına görə, istehlakçılar tərəfindən çox seviləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə