İlk 4G cib telefonunu hansı şirkət hazırlayacaq?

29-09-2009 / 09:00

ABŞ şəbəkə operatoru Sprint 2010-cu ildə Wimax məlumat standartını istifadə edən Android cib telefonu istehsal etməyi planlaşdırır. Məlumat Çikaqoda keçirilən 4G məlumatlandırma konfransında açıqlanıb.

Məlumatlara görə, operator hazırda ABŞ-lı Clearwire firmasıyla birlikdə Wimax cib telefonu üzərində işləyir. İlk Wimax cib telefonun həm 3G şəbəkələrini (UMTS, WLAN) həm də çıxacaq olan 4G şəbəkəsini dəstəkləyən Android əsaslı bir cib telefonu olacağı deyilir.

Yeni məlumat standartının bir iPhone 3G-nin HSDPA üzərindən (Phase III, 7,2 Mbit/s) təmin edəcəyi əlaqə genişliyinin üç qata qədər daha çoxunu təqdim edəcəyi iddia edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə