Samsung-un qanadlı telefon layihəsi

16-07-2009 / 14:02

Samsung cib telefonu klaviaturalarının dizaynında yenilik etmək istəyir. Samsung iki yandan qanad şəklində açılan klaviaturasıyla çox maraqlı bir əl cihazının patenti üçün müraciət edib.

Yeni dizayn Palm Pre-nin çox kiçik və Apple iPhone-nin ekranın örtən virtual klaviaturasından daha yaxşıdır. Qanadlı dizayn sürətli və rahat yazmağa imkan yaradır. Amma bu klaviaturanın ən böyük üstünlüyü, ortadakı ekranda rahat şəkil görə bilməkdədir. Bununla da xüsusilə Apple-nin iPhone-nundan fərqlənir.

Həmçinin cib telefonu touch(toxunma) ekranlı olacaq. Buna görə də, istifadəçi hər dəfə klaviaturanı açmağa məcbur deyil. Modelin adı “Mobile Terminal Having Rear Keypad” şəklində müraciətdə qeyd edilib. Samsung patenti ala bilsə, yeni modeli istehsal etməyə başlayacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə