Avtomobil idarə edərkən cib telefonu ilə danışmaq sürücülərin diqqətini yanındakı sərnişindən daha çox dağıdır və səfəri təhlükəli hala gətirir.
Psixologiya jurnalında nəşr olunan araşdırmada, Utah Universitetindən Professor Lee Strayer və həmkarları, simülatör ilə etdikləri təcrübədə, qulaqlıqla cib telefonu istifadə edən imülatörlerin diqqətinin ən az əlində telefon tutaraq danışanlar qədər dağıldığını tapdılar. Son işləri üçün tədqiqatçılar, yaşları 18-49 arası dəyişən 96 gəncin test etdiyi bir simülatör istifadə etdilər. Strayerin qrupu, qulaqlıqla cib telefonu istifadə edən sürücülərin, yanındakı sərnişinlə danışan sürücülərdən daha çox diqqətlərinin dağıldığını göstərdilər. Tədqiqatçılar, sürücülərin yanındakı sərnişinin ikinci bir göz kimi vəzifə yerinə yetirdiyinə və bəzən sürücünün manevr etməsinə köməkçi olduğuna inanırlar. Strayer: “Məlumatlara nəzər saldığımızda, sərnişinlə danışan sürücülər, cib telefonu ilə danışanlar qədər maneə törətmir. Sürücünün yanındakı sərnişin ikinci bir göz ola bilir və sürücülərə seyr halında hara gedəcəklərini xatırlatmalarına köməkçi olurlar” dedi. Strayer, “Cib telefonu söhbətiylə sürücünün yanındakı sərnişin söhbəti arasındakı fərq, avtomobildəki sərnişinin yol qaydalarını bilməsi, sürücüyə tez-tez yolu xatırlatma və təhlükələri göstərmələri mövzusunda köməkçi olmasıdır” dedi.
Eyni tədqiatçılar, daha əvvəl cib telefonuyla danışmanın xüsusilə gənc sürücülərin reaksiyalarını azaltdığını göstərmişdir və cib telefonu istifadə edən sürücülərin spirtli sürücülər qədər təsirləndiyini qeyd edirlər!
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri