Previous Next
Bağla

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023 23:16
Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

“Aztelekom” MMC Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb.

MMC-nin Mərkəzi Aran Regional filialının texniki müdiri Bakir Bayramov Xeberler.az-a bildirib ki, Yevlax şəhərində, Aran qəsəbəsində, Yevlax rayonunun Cırdaxan, İrəvanlı, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Duzdağ, Nemətabad, Qoyunbinəsi, Malbinəsi, Kolanı və Aşağı Salamabad kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradılıb. Rayon ərazisində 18 min 008 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 8805 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet

– internet + telefoniya

– internet + televiziya

– internet + telefoniya + televiziya

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Azərbaycan, AZ6600 Yevlax şəhəri Qanboy Quliyev 1, tel.: +994 223360599), həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,7 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58 faizini təşkil edir və cari ilin sonuna kimi 60 faizə çatdırılması hədəflənib.

Abonentlərin yüksəksürətli internetlə təmin edilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb. Yevlax şəhər sakini Elbrus İsgəndərov deyib: “On ildən artıqdır ki, internetdən istifadə edirik. İnternetin sürəti zəif idi. İndi isə yeni sürətli internetə qoşulmuşuq. Uşaqlar onlayn dərslərə rahat qoşulurlar. İnternetdə xəbərlərə baxırıq. İnternetin sürəti də yaxşıdır”.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Zaqatalada 7000-dən artıq evə yüksəksürətli internetə qoşulma imkanı yaranıb

08-09-2023

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022

Şamaxı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

05-07-2024

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

03-07-2024

Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanıb

23-12-2022

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Ev təsərrüfatlarının 52 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

16-11-2023

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə