Previous Next
Bağla

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023 10:50
“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir.

Növbəti mərhələdə Qaradağ rayonu ərazisində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Media nümayəndələrinin iştirakı ilə “Baktelecom” MMC-nin əməkdaşları əhaliyə xidmət göstərib. Əvvəllər internetin zəif olduğunu qeyd edən Lökbatan sakini Namiq Məmmədov hazırda yüksəksürətli internetdən yararlandığını bildirib. "Çox razıyam hazırda internetin sürətindən. İnternetdən istədiyim faylları yükləyib, istənilən zaman filmlərə rahat baxa bilirəm Baktelecom", - deyə Namiq Məmmədov əlavə edib.

“Baktelecom” bildirib ki, hazırda Qaradağ rayonu ərazisində GPON texnologiyası əsasında kabelləşmə işləri aparılıb, ərazini tam əhatə edən şəbəkə tikilib.

“Hazırda Qaradağ rayon ərazisində 60 000 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib və 24 400 abunəçi GPON xidmətindən istifadə edir”, -deyə A.Mustafayeva qeyd edib.

A.Mustavayeva vurğulayıb ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 250 mbit/s-dək) internet paketləri təklif olunur. "Sözügedən paketləri seçən abunəçilər tək internet xidməti deyil, həm də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 100 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Bakı Telefon Rabitəsi” MMC-nin “155” Çağrı Mərkəzinə zəng edə, 6 Saylı Rabitə Xidmətləri Mərkəzinə (ünvan: Qaradağ rayonu Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi 16), həmçinin https://www.baktelecom.az/  saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58 faizini təşkil edir və cari ilin sonuna kimi 60 faizə çatdırılması hədəflənib.(AZƏRTAC)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024

Ev təsərrüfatlarının 52 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

16-11-2023

Şamaxı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

05-07-2024

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Zaqatalada 7000-dən artıq evə yüksəksürətli internetə qoşulma imkanı yaranıb

08-09-2023

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

03-07-2024

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

Azərbaycandakı ev təsərrüfatlarının 58 faizinin genişzolaqlı internetə çıxışı var

11-12-2023

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə