Youtube köhnə cihazlarda işləməyəcək

22-04-2015 / 19:47

Dünya texnologiya nəhəngi Google-dan edilən açıqlamaya görə, Youtube-da reallaşacaq olan API dəyişikliyi səbəbiylə yenilənməsi reallaşmamış cihazlardan daxil oluna bilməyəcək.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, dəyişiklikdən təsirlənən mobil cihazlar və planşetlər lazımlı yenilikləri reallaşdırdıqdan sonra video paylaşım nəhənginə qoşula biləcəklər.

Yeniləmədən təsirlənəcək cihazlar arasında Google TV-nin 3. və 4. Versiyası,  iOS 7-dən əvvəlki əməliyyat sistemlərini istifadə edən Apple cihazları, "Adobe Flash və ya HTML5-i dəstəkləməyən" oyun konsollar, heç yeniləmə almamış olan müəyyən Smart TV-lər və media çalıcılar var.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə