Previous Next
Bağla

Adobe Flash platformasının dəstəklənməsi nə vaxt dayandırılır?

26-07-2017 13:34
Adobe Flash platformasının dəstəklənməsi nə vaxt dayandırılır?

Son bir neçə il ərzində Adobe Flash multimedia platformasının dəstəklənməsinin dayandırılacağı barədə çoxlu söhbətlər aparılıb. Brauzer tərtibatçıları tədricən texnologiyadan imtina edərək mükəmməl və resursdan az asılı HTML5 texnologiyasına keçməyə başlayıblar.

Xeberler.az NRYTN-in elektron xəbər ximətinə istinadən məlumat  verir ki,  Google şirkəti ötən ilin sonundan Flash-dən HTML5 texnologiyasına keçib.

Microsoft, Mozilla və Apple şirkətləri də ondan imtina edib. Nəhayət, Flash tərtibatçısı Adobe şirkəti tezliklə plaginin fəaliyyətinin dayandırılacağını rəsmən açıqlayıb.   
 
Adobe şirkəti Flash texnologiyasının dəstəklənməsini 2020-ci ildə tam dayandırmaq niyyətindədir. O vaxtadək şirkət Apple, Mozilla, Microsoft və Google brauzerlərində yeniləmələr təklif etmək və yeni Safari, Edge, Firefox və Chrome versiyalarını dəstəkləmək üçün onlarla əməkdaşlığı davam etdirəcək. Lakin plagin üçün yeni funksiyaların buraxılışı gözlənilmir.
 
Məlumata görə, Microsoft korporasiyası Flash-i 2019-cu ilin ortalarında və sonunda Edge və Internet Explorer brauzerlərində avtomatik plagin kimi söndürməyi planlaşdırmasını elan edib. Həmçinin, ABŞ korporasiyası 2020-ci ilədək bütün dəstəklənən Windows versiyalarında Flash-in tam ləğvini nəzərdə tutur.  
 
Google şirkəti növbəti bir neçə il ərzində Flash-dən imtinanı davam etdirəcək. Mozilla növbəti ay Firefox istifadəçilərinə hansı saytların Flash plaginindən istifadə edəcəyini dəqiqləşdirmək üçün seçim imkanı verərək onlara Flash-dən 2020-ci ilədək yararlanmaq üçün genişləndirilmiş Firefox dəstəklənməsini təklif edəcək. Bundan başqa, Apple şirkəti 2020-ci ilədək Safari brauzerində plaginin dəstəklənməsini planlaşdırır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Populyar brauzerlər Flash texnologiyasından imtina edir

Populyar brauzerlər Flash texnologiyasından imtina edir

10-08-2016
Flash texnologiyası 3D-rejimlə təchiz olunacaq

Flash texnologiyası 3D-rejimlə təchiz olunacaq

12-07-2010
Adobe Systems Google I/O konfransında Flash 10.1 yeni versiyasını təqdim edib.

Adobe Systems Google I/O konfransında Flash 10.1 yeni versiyasını təqdim edib.

22-05-2010
Diqqət! Virus:  "Flash playerinizi yeniləyin.."

Diqqət! Virus: "Flash playerinizi yeniləyin.."

23-06-2011
64-bitlik Linux sistemləri üçün Adobe Flash Player 10-un alfa versiyası

64-bitlik Linux sistemləri üçün Adobe Flash Player 10-un alfa versiyası

21-11-2008
Adobe-dan yenilik

Adobe-dan yenilik

19-09-2008
Adobe Flash  internet əlaqəsi  olan bütün elektronik cihazlarda olacaq?

Adobe Flash internet əlaqəsi olan bütün elektronik cihazlarda olacaq?

23-04-2009
Mobil cihazlar üçün Flash Player istehsalı dayandırıldı

Mobil cihazlar üçün Flash Player istehsalı dayandırıldı

10-11-2011
PS3 brauzeri İnternet Explorer 7-dən daha sürətlidir

PS3 brauzeri İnternet Explorer 7-dən daha sürətlidir

29-10-2008
Speedtest platforması yeniləndi

Speedtest platforması yeniləndi

08-12-2015
Google ən sürətli süni intellekt modelini təqdim edib

Google ən sürətli süni intellekt modelini təqdim edib

19-06-2025
Firefox istifadəçiləri diqqət !

Firefox istifadəçiləri diqqət !

05-09-2009
“Internet Explorer 9” “HTML5” dilinə uyğunluğa dair testdə qalib gəlib

“Internet Explorer 9” “HTML5” dilinə uyğunluğa dair testdə qalib gəlib

04-11-2010
Google-dən video sıxışdırma texnologiyası

Google-dən video sıxışdırma texnologiyası

10-08-2009
 Chrome Flash  reklamları ləğv etdi

Chrome Flash reklamları ləğv etdi

02-09-2015
“Apple Pay” “Google Chrome”, “Edge” və “Firefox” brauzerlərində əlçatan olacaq

“Apple Pay” “Google Chrome”, “Edge” və “Firefox” brauzerlərində əlçatan olacaq

01-08-2022
Google şirkəti Explorer-in qatilini yaratdı

Google şirkəti Explorer-in qatilini yaratdı

03-09-2008
Youtube-da videolar niyə donur?

Youtube-da videolar niyə donur?

18-07-2019
Google Chrome-un imkanları genişlənəcək

Google Chrome-un imkanları genişlənəcək

03-12-2008
İnternet Explorer-ə sağ ol!

İnternet Explorer-ə sağ ol!

02-05-2015
Adobe proqramını yeniləyin-Xəbərdarlıq

Adobe proqramını yeniləyin-Xəbərdarlıq

16-03-2018
Firefox  Avropanın ən məşhurudur

Firefox Avropanın ən məşhurudur

01-04-2009
Youtube köhnə cihazlarda işləməyəcək

Youtube köhnə cihazlarda işləməyəcək

22-04-2015
Internet Explorer 8 RC1 artıq Beta versiyada deyil

Internet Explorer 8 RC1 artıq Beta versiyada deyil

27-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə