Günümüzün ağıllı telefonları möhtəşəm kameralara, güclü prosessorlara ya da yüksək keyfiyyətli ekranlara sahibdirlər, lakin mövzu batareyalar və batareya performansı olunca, təəssüf ki, bu ağıllı cihazlar tez-tez bizləri təəssüfləndirir.
Batareya texnologiyalarının inkişafı üçün bir çox firmanın çalışdığını bilirik, bu firmaların arasına yeni bir nəhəng daxil edildi.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Google öz batareyalarını çıxarmaq üçün Google X-ə bağlı dörd nəfərlik bir komandasını vəzifələndirib.
2012-ci ildə Google-un öz ağıllı cihazları üçün çıxarılan batareyaları araşdırmaq və nəzarət etmək üçün qurulan komanda artıq öz batareyasını inkişaf etdirmək üçün çalışacaq. Bilindiyi kimi Google X sürücüsüz avtomobil, Project Loon və Google Glass layihələri ilə məşhurlaşmışdı.
Batareya texnologiyaları mövzusunda mütəxəssis olan və daha əvvəl Apple üçün çalışan Dr. Ramesh Bhardwaj liderliyindəki qrupun yalnız ağıllı telefonlar üçün deyil, eyni zamanda geyilə bilən cihazlar üçün də batareyalar istehsal edəcək.
Layihənin məqsədi yalnız yeni batareyalar istehsal deyil, eyni zamanda batareya texnologiyasını inkişaf etdirməkdir. Yaxın zamanda Google batareyalarını Nexus cihazlarda və geyilə bilən məhsullarda görmək mümkün olacaq.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri