YouTube-un canlı yayım xidmətinə 15 milyon dollar yatırıldı

06-10-2015 / 11:41

YouNow canlı yayın platforması 15 milyon dollar məbləğində yeni investisiya aldığını bildirib.Hazırda investor olduğu Venrock və Oren Zeev ilə Comcast Ventures-un daxil olduğu startapın aldığı ümumi investisiya miqdarı 26 milyon dollardır.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, YouNow canlı yayın şəbəkəsi bu gün aylıq ortalama 100 milyon istifadəçiyə sahibdir. Həmçinin, platformaya gün ərzində 50 min saatlıq canlı video məzmunu yüklənir. Mərkəzi ofisi New York-da olan startap gəliri reklamlardan almasa da rəqəmsal şirkətlərin maliyyə yardımı ilə gəlir əldə edir. Şirkətə iyun ayında edilən yardımın miqdarı isə  1,5- 2 milyon dollar olub.

Qeyd edək ki, xidmətə  yatırım edən investorlar  YouNow-nu Snapchat Instagram kimi milyonlarla gəncin maraq dairəsində olan bir platforma olduğu üçün dəstəklədiklərini bildiriblər.

Buzzfeed, Refinery 29 və Huffington Post bugünə qədər YouNow vasitəsilə canlı yayın edən təşkilatlardır.  Connor Franţa, Caspar Lee və Joe SUGG kimi YouTube istifadəçiləri də tamaşaçılarla canlı yayın vasitəsilə əlaqə yaradırlar.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə