Previous Next
Bağla

Sosial media fenomenləri nə qədər qazanır?

13-06-2017 12:36
Sosial media fenomenləri nə qədər qazanır?

Bir çoxlarımız marketinq dünyasında influencer-lərin nə qədər qazandıqlarını bilmək istəyirik.

Bu mövzuda sektorda ödənişlərin qurulması  ilə bağlı, təəssüf ki, yazılı qaydalar yoxdur. Sosial şəbəkənin növü, qarşılıqlı təsiri, izlənilmə sayı və fenomenin nə qədər sevilib, məşhur olduğu bu ödənişə təsir edir. Sosial mediada bu istiqamətdəki kampaniya ödənişləri isə bir neçə yüz dollardan başlayıb, milyon dollara qədər arta bilir.

Xeberler.az Webrazzi-yə istinadən daha çox sevilən sosial media şəbəkələri: Instagram, Snapchat və YouTube-fenomenlər kampaniyalarından ortalama əldə edilən gəlirləri təqdim edir.

Instagram: 100 min izləyicisi olan 1000 dollar

Instagram-da 100 min təqibçisi olan bir fenomenin bir reklam paylaşımı üçün ödənişi ortalama 1000 dollardır. Müştərinin büdcəsi, kampaniyanın uzunluğu və qarşılıqlı nisbəti kimi faktorların da daxil ediməsi ilə qiymət artıb, azala bilir. Təbii ki, müştəri ilə fenomenin ələqəsini bir agentlik təmin edirsə, ödənişin miqdarında daha da artım ola bilir.

Əgər Instagram-da ilk dəfə bir kampaniya etməyə hazırlaşırsınızsa, təqibçisi 50 mindən az olan bir Instagram hesabı üçün hər bir məzmuna 250 dollar verərək başlanılması təklif edilir. Digər tərəfdən Hollywood məşhurlarının Instagram-dakı bir məzmununun 250 min dollar olduğu istiqamətində məlumatlar də var.

Snapchat: 24 saatlıq bir kampaniya 500 dollardan başlayır

Snapchat-da hədəf kütlənin böyüklüyünü bilmək mümkün olmadığı üçün, sosial medianın məşhurları Snapchat üçün bağladıqları müqavilələrdə aktiv izlənilməni əsas götürür. Sosial şəbəkənin hədəf kütlə ilə daha intensiv bir qarşılığı olduğu üçün ödənişlər də digər şəbəkələrə görə bir az daha yüksəkdir.

35 Snapchat fenomeni ilə aparılan danışıqların nəticəsinə görə, 24 saat üçün aldıqları ödəniş belədir:

1.000-5.000 izlənilmə üçün 500 dollar

5.000-10.000 izlənilmə üçün 1,000-3,000 dollar

10.000-20.000 izlənilmə üçün 3.000-5.000 dollar

30.000-50.000 i izlənilmə üçün 5.000-10.000 dollar

50.000-100.000 izlənilmə üçün 10.000-30.000 dollar

YouTube: Hər 100 min izləmə üçün 2 min dollar

YouTube fenomenlerinin kampaniya ödənişləri Instagram və Snapchat-a  görə bir az fərqlidir. Səbəbi isə YouTube-da paylaşımların daha spesifik hədəf kütlələrə çatmasını təmin etmək və videolu məzmunların hazırlanmasının digər məzmun növlərinə görə daha çox əmək tələb etməsidir.

Belə ki, 1 milyon üzvü olan bir YouTube fenomeni kampaniyası üçün 25- 50 min dollar arası bir ödəniş ala bilir. Təbii, bunlar YouTube üçün sektorda yazılı olmayan ümumi qaydalar olaraq bilinir. Ancaq 50.000 çox izləyicisi olan bir hesab, hər bir artımda 100.000 min təqibçi üçün 2.000 dollar daha çox gəlir əldə edir.

Belə nəticəyə gəlmək olar ki, bununla bağlı sektorda konkret ümumi qaydalar yoxdur. Ona görə də belə hesab edilir ki, fenomenin populyarlığı, məzmunun tərkibində məhsuldan bəhs edəcəyi müddət, kampaniyanın uzunluğu və izləyici  sayı kimi bir çox parametr qiymətlərdə müəyyən rol oynayır.

Məsələn, 2013 illik gəliri 7,5 milyon dollar olan PewDiePie ötən ilin sonunda izləyici sayını 50 milyon adama çatdırıb.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən bahalı mobil telefonları

29-03-2012

Google ən bahalı brend kimi

28-03-2009

İnternet haqqında ən maraqlı 13 fakt

23-09-2010

Məşhur müğənni Bitcoin-dən sərvət qazandı

25-01-2018

Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb

30-03-2023

YouTube-un canlı yayım xidmətinə 15 milyon dollar yatırıldı

06-10-2015

Bitcoin ilk dəfə 5 000 dollardan aşağı düşdü

20-11-2018

İnternetdə 60 saniyədə nələr olur?-Araşdırma

17-11-2017

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

Texniki səhv hansı şirkəti xərcə saldı?

09-07-2009

Apple Nokia servisini satın alır

24-04-2015

DNT xəritəsi saytda…

02-05-2009

Bitcoin-dən rekord: Qiyməti 2 min dolları keçdi

23-05-2017

Facebook və Twitterin qiyməti neçəyədir?

21-06-2010

Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

03-04-2024

Google şirkəti heyətini genişləndirir

02-02-2011

Yerli mobil operatorlar nə qədər gəlir əldə edib?

15-07-2021

İnternetdə 1 dəqiqədə nə baş verir?

18-01-2015

Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

09-09-2020

Dünya bir ildə nə qədər informasiyadan istifadə edir?

08-04-2011

Braziliyada “X” platformsasından istifadəyə görə cərimə tətbiq edilib

31-08-2024

Google bu mütəxəssislərə sərvət ödədi

08-02-2018

Bakcell, 25 Apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!

21-04-2024

Dünyanın ən böyük şirkətləri saniyədə nə qədər qazanır?

24-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə