Twitter canlı yayın tətbiqi Periscope-u satın alıb

11-03-2015 / 10:19

Twitter bir müddətdir satın alacağı deyilən canlı yayın proqramı Pericope ilə səssiz-sədasız razılaşma imzalayıb.

Müxtəlif mənbələrdən gələn xəbərlərə görə, şirkət bir müddət əvvəl bağladığı müqavilənun qarşılığında Periscope üçün 50 ilə 100 milyon dollar arasında bir məbləğ ödəyib.

Periscope-un hələlik betada olan tətbiqi haqqında çox məlumat yoxdur, bu proqram Twitter-in bu günə qədər aldığı ən bahalı tətbiqdir. Twitterin canlı video yayımı mövzusunda reallaşdırılmağı gözləyən böyük bir potensialı var.

Bu potensialı görməyimizi təmin edən son və bəlkə ən yaxşı nümunə isə təxminən bir həftə əvvəl nəşr olunan Meerkat tətbiqi olmuşdu. Twitter istifadəçiləri arasında qısa müddətdə məşhur tətbiq canlı videonun qarşılıqlı təsiri mövzusunda sosial şəbəkənin necə bir yol tutacağını göstərən yaxşı bir nümunə təşkil edir. Çünki keçən qısa müddətdə fərdi istifadəçilər qədər Mattermark, 500 Startups, Washington Post və CNBC kimi təşkilatlar da Meerkat-in potensialını kəşfə qoyub.

 

                                       Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə