YouTube videohostinqi 100-dən çox yeni kanalını işə salır

01-11-2011 / 13:02
Google internet şirkətinə məxsus populyar YouTube videohostinqi 100-dən çox yeni kanalı işə salacaq. Kanallarda “unikal kontent”in yayımlanacağı gözlənilir.  

Bu kanallardan bir neçəsi artıq noyabr ayında, qalanı isə gələn il ərzində işə salınaraq hər gün 25 saatadək unikal video yayımlanacaq.

Yeni kanalların prodüserləri həm dünyanın televiziya, musiqi, idman aləminin məşhur simaları, həm də iri media şirkətləri olacaq. Onlar arasında müğənni Madonna, basketbolçu Şakil Onil, məşhur skeytbordçu Tonu Houk, The Wall Street Journal nəşri, Reyter xəbərlər agentliyi və digərləri var, Digit yazır.

Google bu layihəyə 100 milyon dollar yatırmağa hazırlaşaraq qoyulan vəsaitləri reklam vasitəsilə qaytarmağı planlaşdırır.

YouTube-da servis istifadəçilərinin öz kanallarını yaratmaq imkanı əvvəl də olub. Lakin yeni kanallar videohostinq istifadəçiləri üçün xüsusi yaradılan unikal kontent yayımlayacaq.
Hazırda YouTube-da hər dəqiqədə 48 saata yaxın video yüklənir, hostinqin gündəlik istifadəçilərinin sayı isə 3 milyardı ötür.  

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə