Dünyanın ən böyük video paylaşma platforması YouTube ənənəvi TV yayıma başlayır.
Xeberler.az-ın məlumatına görə, şirkət bu gün təqdim edilən yeni xidməti ilə ilə ABŞ-da təxminən 35 əhəmiyyətli efir telekanalı canlı yayımlayacaq.
Bu kanallar içərisində Showtime, ABC, CBS, FOX və NBC kimi məşhur TV-lər var.
“YouTube TV” adındakı TV xidmətinin xüsusilə ailələr və üzvlərinin sayı çox olan qruplar tərəfindən istifadə edilməsini istəyən YouTube, aylıq 35 dollar qarşılığında 6 fərqli YouTube TV hesabı təqdim edəcək.
Bununla da, ailə daxilində hər kəs tətbiq köməyilə öz hesabını fərdiləşdirə biləcək. Həmçinin 3 hesabın eyni anda videoları izləmək imkanı olacaq.
YouTube TV bu yayımları Android və iOS tətbiqlərindən deyil, yalnız PC və televiziya tətbiqlərindən yayımlayacaq.
Tətbiq daxilində “Axtarış” yayımları bulud üzərindən saxlamaq üçün imkan yaradan “cloud DVR” və “Təkliflər” kimi bölmələr də yer alıb.
Tətbiq həmçinin tablet, PC, televiziya və ağıllı telefonlarda da istifadə edilə biləcək.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri