Google YouTube-dən yaxşı qazanmır

22-06-2009 / 16:16

Aprel ayında aparılmış mütəxəssis araşdırmalarına görə, Google Youtube üzərindən 270 milyon dollar qazanır. Bunun müqabilində isə cəmi 711 milyon dollar xərc çəkir. 471 milyon dollar zərərə düşür.

Ramp Ratenin şərhinə görə, bu miqdar 471 milyondan daha çoxdur. Təxminən 645 milyon dollar zərərin olduğunu deyən RampRate bu itkilərin böyük miqdarının məlumatların yığılması üçün məlumat mərkəzləri və kanal genişliyi üçün xərcləndiyini qeyd edib. Google Youtube üzərindən nə qədər itirdiyini açıqlamır.

Lakin Google Maliyyə İşləri Müdiri Patrick Pichette qeyd edib ki, “Youtube edilən şərhlərdə ümumiyyətlə şişirtmə var. Araşdırmalar yalnız məlumat yığma və kanal genişliyini üzdə saxlayır, biz isə bütün detallar üzərində dayanırıq. Bu səbəbdən xərclərimizi çox yaxşı bilirik”.

Hal-hazırda isə Google sayta reklam verəcək müştəri tapmaqda çətinlik çəkir. Google-dən rəsmi məlumat verilməsə də, bir işçinin Associated Pressə verdiyi məlumata görə, Google, Youtube üzərindən milyonlarla reklamı saytın yaşadığı itkini önləmək üçün nəşr edir. İşçi onu da qeyd edibki, “Ortaqlarımızın reklamlardan qazanc təmin etməsini istəyirik, çünki bu sayədə bizdə qazanırıq” .


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə