YouTube-nin dizaynını dəyişmək qərarı etiraza səbəb olub

08-07-2009 / 11:11

İnternetin ən böyük video paylaşma saytı YouTube yaxın zamanlarda kanal səhifələrinin yeni dizaynı ilə xidmətdə olacaq. İstifadəçilər isə yeni dizayna qarşı çıxırlar. Onlar köhnə dizayna öyrəşdiklərindən yeni dizaynı qəbul etmək istəmirlər. Google-nin blogunda yazılanlara əsasən, Google yeni dizaynın çox faydalı olacağını, yeni dizayna keçişin mütləq ediləcəyini bildirir. YouTube istifadəçiləri Google-nin fikrinə on minlərlə mənfi şərh yazıblar. 300 səhifənin həcmində şərh yığıılıb.

 Xatırladaq ki, Facebook və Hotmail dizaynında dəyişiklik edəndə də belə bir hadisə ilə rastlaşmışdı. Hətta istifadəçilər yeni dizayna etiraz əlaməti olaraq qrup da yaratmışdılar. YouTube istifadəçilərindən böyük bir qrup da saytı 10 iyuldan, 14 iyula qədər istifadə etməmək qərarına gəliblər. Əslində köhnə interfeysi istifadə etməyə davam etmək istəyən istifadəçilər, yeni interfeysi istəyənlərə qarşı çıxmır. Yalnız özlərinə bu variantın verilməsini istəyirlər. Amma birdən çox interfeysin istifadəsi YouTube üçün çətinlik yaradır.

Google-dən YouTube Məsul Meneceri Brian Glick açıqlama verərək qeyd edib ki, “Şirkət olaraq bəzi insanların etirazına səbəb olduğumuz üçün kədərlənirik. Ancaq bir milyon istifadəçi könüllü olaraq yeni dizayna keçmək istədiklərini deyib”. Brian Glick daha sonra verdiyi açıqlamada kanalların daha çox xüsusiləşdiriləcəyindən, video sahibləri üçün yeni imkanlar açılacağından bəhs edib.

Nəzərinizə çatdıraq ki, YouTube-nin yeni dizayna keçməsi iyul ayının 15-nə planlaşdırılır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə