Previous Next
Bağla

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022 19:56
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) Yaponiyada fəaliyyət göstərən dünya şöhrətli azərbaycanlı alim, LCD monitorun əsas yaradıcılarından biri professor Xəlil Kələntərlə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə AMEA YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, YTP-nin rezidentləri – “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov, Təcrübə-Sənaye Zavodunun (TSZ) icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov və bir sıra aidiyyəti şəxslər iştirak ediblər.

Görüşdə prof. Xəlil Kələntərə texnoparkın əsas fəaliyyət istiqamətləri, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artrılması və ən əsası elmin kommersiyalaşmasını icra etməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verən YTP Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə  əməkdaşlıq edir.

Daha sonra qonaq YTP-nin ərazisi, texnoparkın rezidentlərinin istehsal sahələri ilə yaxından tanış olub, alimə istehsal olunan innovativ texnoloji məhsulların imkanları barədə ətraflı məlumat verilib. Həmçinin “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal olunan dronların, yeni inkubator rezident “Troniq” MMC-nin istehsal etdiyi robototexnikanın imkanları əyani nümayiş etdirilib.

Professor Xəlil Kələntər TSZ-də dünya standartlarına tam cavab verən yerli baza yağları əsasında mühərrik yağlarının istehsalı prosesi ilə də yaxından tanış olub. O, bundan başqa, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işlərinə baxış keçirib. Qeyd olunub ki, Milli Akkreditasiyadan keçmiş, müasir tələblərə cavab verən 4 laboratoriyadan ibarət bu Mərkəz ən yeni texnoloji avadanlıqlarla təchiz olunub.

Qonaq YTP-də yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib. Gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, professor Xəlil Kələntər dünya elminə verdiyi böyük töhfələri, əldə etdiyi elmi nailiyyətləri nəzərə alınaraq bu günlərdə 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022

Yüksək Texnologiyalar Parkında yaradılmış innovativ mühiti yüksək qiymətləndirilib

07-01-2021

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

AzTU-dan olan nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub

15-02-2019

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

LCD monitorun əsas yaradıcılarından olan Xəlil Kələntərlə görüş keçirilib

08-10-2021

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017

İnnovativ məhsulların istehsalata tətbiqi məsələsi müzakirə olunub

06-09-2016

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

06-05-2022

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

YTP məhsulları Azexport-la ixrac olunacaq

16-04-2018

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021

YTP-də yeni təyinatlar olub

15-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə