Previous Next
Bağla

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017 14:01
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

Bu gün AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Bakı Mühəndislik Universiteti (BMU) arasında görüş keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-texniki proqramların, layihə və konfransların, müsabiqələrin həyata keçirilməsi müzakirə olunub.

Bildirilib ki, əməkdaşlıqda məqsəd təşkilatlararası ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir.

AMEA YTP və BMU innovasiyayönümlü layihələrin birgə araşdırılması, iqtisadi səmərəliliyinin qiymətləndirməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsini planlaşdırır. Əməkdaşlıq AMEA YTP və BMU Texnoparkın dəstəyi ilə innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyalaşdırılmasına yeni imkanlar açacaq.

Əməkdaşlığa dair sənədi AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və BMU-nun rektoru, professor Havar Məmmədov imzalayıblar. Məqsəd elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, gənclərə elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsidir.

AMEA Yüksək Texnologiyalar Parkı və Bakı Mühəndislik Universiteti Texnoparkı arasında imzalanan digər müqavilə Yeni fikir 2017 müsabiqəsi ilə bağlıdır.

Müqavilədə AMEA YTP-nin müsabiqənin keçirilməsinə təşkilati və maddi dəstəyinin göstərilməsi, həmçinin sahələrarası əməkdaşlığı inkişaf etdirən digər müsabiqələrin təsis edilməsi nəzərdə tutulub.

Sənədə əsasən AMEA YTP müsabiqənin baş sponsoru kimi qaliblərin mükafatlandırılması üçün nəzərdə tutulan 10000 manat pul mükafatını təmin edəcək, müsabiqədə iştirak edən uğurlu layihələrə inkubasiya və digər əməkdaşlıq xidmətləri göstərəcək.

Qeyd edək ki, Yeni fikir 2017 müsabiqəsi Bakı Mühəndislik Universiteti Texnoparkının təşkil etdiyi ən böyük startap müsabiqəsi platformasıdır. Layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Gənclər arasında keçirilən müsabiqədə 150-yə yaxın layihə qeydiyyatdan keçib. Hazırda münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi prosesi davam edir.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017
Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017
AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022
Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

26-05-2017
YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021
YTP-də yeni təyinatlar olub

YTP-də yeni təyinatlar olub

15-01-2020
AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017
Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023
Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022
Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017
AMEA  texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022
Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023
BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

07-03-2024
BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025
AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

24-07-2017
AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022
Azərbaycanın innovasiya ekosistemində yenilik

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə