Previous Next
Bağla

“ASAN xidmət” yeni səlahiyyətlər verildi

19-03-2013 12:17
“ASAN xidmət” yeni səlahiyyətlər verildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə fərman verib.
 
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən ASAN xidmət” mərkəzləri artıq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar və əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələr verə biləcək.
 
“ASAN xidmət” mərkəzlərinə aşağıdakı funksional yardımçı xidmətlər həyata keçirmək səlahiyyəti də verilib:
 
-  bank xidmətləri:
- cari bank hesablarının açılması;
- valyuta mübadiləsi;
- “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
- inzibati xətalara dair cərimələrin qəbulu;
- sığorta xidmətləri:
- avtomobillərin sığortası;
- daşınmaz əmlakın sığortası;
- hüquqi yardım xidmətləri:
- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi;
- məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
- ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
- vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi;
- bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
- tibbi arayışların verilməsi;
- ilkin tibbi yardım göstərilməsi;
- rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər:
- real vaxt rejimində növbənin tutulması;
- vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması;
- “Asan xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması;
- e-asan bölməsi vasitəsi ilə “Asan xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili;
- mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər:
- mobil rabitə və internet xidmətlərinin ödənişi;
- kommunal xidmətlərin ödənişi;
- kredit və sığorta ödənişlərinin həyata keçirilməsi.
 
Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, kafe və digər ictimai-iaşə məntəqələri fəaliyyət göstərə bilər. lent.az
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

06-09-2012

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012

“ASAN xidmət” -də xidmət növlərinin genişləndirilməsi və "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-02-2014

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

Səyyar ASAN xidmət davam edir

11-03-2020

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

26-07-2023

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Vətəndaşlara xidmət reyestrində dəyişikliklər

24-11-2012

Vergilər Nazirliyi bu il nə edəcək?

24-06-2011

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015

Səyyar ASAN xidmət Şabranda

22-08-2015

ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

01-03-2019

Energetika Nazirliyi icazələrlə bağlı “ASAN Xidmət”də fəaliyyətə başlayıb

05-09-2023

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

10-04-2018

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018

Səyyar ASAN xidmət Cəlilabadda

15-10-2015

Səyyar ASAN xidmət Qobustanda

08-02-2016

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

24-09-2016

Səyyar ASAN xidmət davam edir

07-02-2020

Səyyar ASAN xidmət Göygöl və Siyəzəndə

26-09-2015

Səyyar ASAN xidmət davam edir

05-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə