Previous Next
Bağla

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014 12:12
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara və əmlak sahiblərinə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsini, bu sahədə innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə komitə mütəmadi tədbirləri həyata keçirməkdə davam edir.
ƏMDK-dan AzərTAc-a bildirmişlər ki, belə tədbirlərin davamı olaraq vətəndaşlara, əmlak sahiblərinə, xüsusi təbəqədən olan insanlara (əlillərə, ahıllara, tənha, sağlamlıq imkanları məhdud və yaşayış yeri uzaqda yerləşən insanlara) daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərdə rahatlıq və çevikliyin təmin olunması məqsədilə növbəti yeniliyə imza atılmışdır. Belə ki, Bakıda və respublikanın regionlarında daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin müasir üsullarla, səyyar şəkildə göstərilməsinə başlanılacaq, vətəndaşlar bu xidmətlərdən ərazi qeydiyyat idarələrinə getmədən də faydalana biləcəklər. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xüsusi nəqliyyat vasitələri alınmışdır. Yeni nəqliyyat vasitələri müvafiq xidmətlərin göstərilməsi üçün tələb olunan bütün standartlara cavab verir və eyni zamanda, müasir informasiya-kommunikasiya vasitələri ilə təchiz edilmişdir. Gələcəkdə onların artırılması nəzərdə tutulur.
Bu sahədəki xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin qəbulu və qanunauyğunluğunun yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması, vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi də daxildir. Səyyar xidmətin göstəriləcəyi məkanlar və günlər əvvəlcədən təyin olunacaqdır.
Bütün bunlardan əlavə, daşınmaz əmlakın qeydiyyatında operativliyi və rahatlığı artırmaq məqsədilə komitə tərəfindən 13 yeni avtomobil alınaraq istifadəyə verilmişdir. Modern texniki sistemlə təchiz olunmuş bu avtomobillər daşınmaz əmlakın qeydiyyatı prosesi zamanı texniki məsələlərin həllinə, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsinə, daşınmaz əmlakın müayinəsi, texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin görülməsinə, nəticə etibarilə xidmətin daha çevik, sürətli aparılmasına imkan yaradacaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi son illər fəaliyyətini təkmilləşdirmək və müasir tələblərə uyğunlaşdırmaq istiqamətində uğurlu addımlar atmışdır. Ümumilikdə indiyədək 40-a yaxın xidməti əhatə edən 16 elektron xidmət təşkil edilmiş və onların hamısı “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili nəzərdə tutulur ki, buraya dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların icarəçiyə SMS vasitəsilə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər daxildir.
Qeyd edək ki, bu il martın 3-dən etibarən daha bir yeniliyin tətbiqinə başlanılmışdır. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. (azertag.com)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015

Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

04-12-2015

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

Azərbaycanda ən çox istifadə olunan elektron hökumət xidmətləri

12-08-2014

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

www.emdkdedrx.gov.az ünvanlı veb-sayt istifadəyə verilib

07-01-2010

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə