Previous Next
Bağla

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020 13:01
“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanda ilk “TIER III” standartlı Data Mərkəzinin yerləşdiyi “AzInTelecom” MMC öz imkanlarını genişləndirir.

Xeberler.az bildirir ki, “Azcloud” bulud xidmətləri tərəfindən göstərilən xidmət sahələrinin artması nəzərə alınaraq, mövcud Data Mərkəzinin texniki imkanlarının artırılması məqsədilə Bakı şəhərində “AzInTelecom”un inzibati binası ərazisində yeni Data Mərkəzinin inşası işləri tamamlanmaq üzrədir. Bu yaxınlarda yeni mərkəz dayanıqlılıq səviyyəsinə görə ABŞ-ın “Uptime Institute” təşkilatının “TIER III Design” uyğunluq sertifikatına layiq görülüb.

“TIER III” standartına uyğunluq dedikdə bütün infrastrukturun rezervlənməsi nəzərdə tutulur. Bu da öz növbəsində texniki qüsur olduğu halda belə, fasiləsiz şəkildə fəaliyyət göstərməyə imkan verərək xidmət keyfiyyətinin 99,982% səviyyəsində olması və ya il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1.6 saatdan artıq olmamasıdır. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz Data Mərkəzi qurmaq mümkün olub.

Bununla yanaşı, “AzInTelecom” şirkəti İT-nin idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirən və ən effektiv metodların tətbiqinin əyani göstəricisi olan “ISO 20000” standartının uyğunluq sertifikatına və informasiya təhlükəsizliyinin idarəetmə sisteminin beynəlxalq standartlarına uyğun olmasının bariz sübutu olan “ISO 27001” standartına malikdir.

Qeyd edək ki, Bakı şəhərində “AzInTelecom” MMC-nin inzibati binası ərazisində inşa edilən yeni Data Mərkəzi müəssisənin “TIER III” standartları əsasında qurulan sayca 3-cü Data Mərkəzidir. 2019-cu ildə Yevlax şəhərində inşasına başlanılan Data Mərkəzi “TIER III Design” sertifikatına və 2015-ci ildə Bakı şəhərində yerləşən Data Mərkəzi “TIER III Facility” uyğunluq sertifikatlarına layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019

“Azintelecom”un yeni data mərkəzlərinə “Tier 3 Design” sertifikati verilib

01-08-2024

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

17-07-2017

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

Yevlaxdakı ehtiyat Data-mərkəzi ABŞ şirkətinin sertifikatına layiq görülüb

21-02-2020

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə