Previous Next
Bağla

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019 15:11
Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

Xeberler.az bildirir ki, məlumatların qorunması, etibarlı və keyfiyyətli Azcloud bulud xidmətlərinin portfoliosunu artırmaq üzrə ixtisaslaşmış “AzInTelecom” MMC tərəfindən Yevlaxda inşası davam edən ehtiyat Data Mərkəzinə ABŞ-ın Uptime Institute təşkilatının TIER 3 dizayn sertifikatı artıq alınıb. Data Mərkəzin istismara verilməsi 2020-ci ilin birinci rübünə nəzərdə tutulub. 

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzi alternativ enerji təminatı, yanğın söndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri və ehtiyat enerji mənbələrini təmin edən yüksək qorunmalı sistemlərdən ibarətdir. Bu da öz növbəsində keyfiyyət səviyyəsinin 99,982 % artırılmasına zəmanət verir. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz Data Mərkəzi qurmaq mümkün olub. 

Data Mərkəzinin daşına bilən xarakterli olması fövqəladə hallar zamanı məlumatların saxlanan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha təhlükəsiz əraziyə daşınması imkanı onun etibarlılıq səviyyəsini daha da artırmış olur. 

Bununla yanaşı, Data Mərkəzi olaraq, İT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirməyə və ən effektiv metodları tətbiq etməyə imkan verən ISO/IEC 20000 standartı əldə ediləcək. Bunun sayəsində müştərilər proseslərin düzgün idarə olunmasına, eləcə də daim təkmilləşdirilməsinə tam şəkildə əmin ola bilərlər. Yüksək keyfiyyəti və biznes məqsədlərini rəhbər tutmaqla, proseslərin inteqrasiya olunmasına və məhsuldarlığı artırmağa imkan verən ISO/IEC 20000 sertifikatı özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artmasına gətirib çıxarır. Ən əsası isə xidmətlərin idarə olunmasına struktur yanaşma müştərilərdə inam yaranmasını təmin edir.

AzInTelecom-un əldə etdiyi sertifikatlardan biri kimi ISO/IEC 27001 standartının mövcudluğu informasiya təhlükəsizliyinin effektiv idarə olunmasının bariz sübutudur. ISO/IEC 27001 şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib hazırlanması üçün nəzərdə tutulan standartdır. Şirkətin informasiya sisteminin şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib hazırlanmasından ibarət olan ISO/IEC 27001 standartı şirkətin rəqabət qabiliyyətini və informasiya risklərini idarə etmək qabiliyyətini artırır.

Eyni zamanda  PCI DSS və TIER 3 Facility sertifikatlarının alınması istiqamətində işlər davam edir. TIER 3 sertifikatının əsas xüsusiyyəti aktiv avadanlıqların N + 1 prinsipi ilə soyutma boru kəmərləri, binadakı rabitə kanalları, elektrik qurğularının hər birinin isə 1+1 prinsipi əsasında rezervlənməsidir. Rezervlənmə nəticəsində TIER III əsasında inşa edilmiş Data Mərkəzində təmir və ya hər hansı bir sistemin sıradan çıxması zamanı fasiləsiz şəkildə fəaliyyət göstərməyə davam edəcək. PCI DSS standartı təşkilatların informasiya infrastrukturlarında köçürülən, saxlanan və işlənən kart sahibləri haqqında məlumatların təhlükəsizliyini təmin etmək üçün hazırlanan tələblər toplusudur ki, bu tələblər beynəlxalq tranzaksiyalarla işləyən bütün təşkilat və qurumlara aiddir. Standartın tələblərinə uyğunluğu təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi özündə məlumatların informasiya təhlükəsizliyini təmin etmək üçün kompleks yanaşmanı ehtiva edir. 

“AzInTelecom” MMC-nin ehtiyat Data Mərkəzi vasitəsilə məlumatların qorunması ilə yanaşı, Yevlaxda quraşdırılan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını da təmin edən stansiya sistemlərinin də coğrafi rezervlənməsi təmin olunur.

Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Iayihəsi çərçivəsində Ədliyyə Nazirliyinə məxsus məlumatların rezervlənməsi məhz  sözügedən Data Mərkəzi vasitəsilə həyata keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021
“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi   

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022
“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020
“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının  etibarlılıq müddəti uzadıldı

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020
Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022
Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022
 Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

17-07-2017
Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022
AzInTelecom beynəlxalq keyfiyyət sertifikatı aldı

AzInTelecom beynəlxalq keyfiyyət sertifikatı aldı

21-11-2016
Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026
Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022
Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019
İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023
AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020
İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022
Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022
“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022
“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022
MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024
Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024
Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022
MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023
Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə