AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.
Yeni veb-sayt müasir dizayn, təkmilləşdirilmiş istifadəçi interfeysi, daha rahat istiqamətləndirmə və mobil cihazlara uyğunlaşdırılmış funksionallıqla yanaşı, “Aztelekom”un bütün xidmətlərinə hərtərəfli çıxışı təmin edərək istifadəçilərə çevik və rahat rəqəmsal təcrübə təqdim edir.
Yenilənmiş platforma vasitəsilə istifadəçilər xidmətlər haqqında daha operativ məlumat əldə edə, onlayn müraciətlər göndərə, məhsul və həllərlə tanış ola, eləcə də rəqəmsal xidmətlərdən daha rahat yararlana bilərlər.
“Aztelekom”un rəqəmsal transformasiya strategiyası çərçivəsində aparılan bu yenilənmə müştəriyönümlü yanaşmanın və innovativ həllərin daha da gücləndirilməsinə xidmət edir.
Yenilənmiş veb-sayt 16.07.2026-cı il tarixindən etibarən istifadəyə açıqdır. Platformadan yararlanmaq və ətraflı məlumat əldə etmək üçün sayta (www.aztelekom.az ) daxil olmaq mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları