ASAN xidmət-in tam yenilənmiş korporativ saytı vətəndaşların istifadəsinə verilib.
Xeberler.az-ın məlumatına gör, vətəndaşların rahatlığını təmin etmək üçün yaradılmış yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir.
Vətəndaşlar saytın ASAN xidmətlər, “ASAN Kommunal”, Səyyar ASAN xidmət bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər.
“Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar ASAN xidmət mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazılmaq mümkündür.
ASAN könüllülük məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənmiş saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.
Yenilənmiş saytın “Statistika” bölməsində ASAN xidmət-ə daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumatlar əks olunub. Saytın əsas səhifəsində həmçinin “ASAN Ödəniş” portalına keçid təqdim edilib. Çağrı mərkəzi bölməsində isə ASAN xidmət-in 108 qısa nömrəsi ilə vətəndaşları dövlət xidmətləri haqqında məlumatlandıran Çağrı mərkəzi-nin fəaliyyəti barədə məlumat yer alıb.
Saytdan istifadənin maksimum asanlaşdırılması üçün yenilənmiş və rahat daxili naviqasiya sistemi tətbiq olunub. Bu, vətəndaşlara cəmi bir neçə addıma onları maraqlandıran suallara cavab tapmağa imkan verir.
Bundan başqa, ASAN xidmət-in yeni saytı mobil telefon istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb və Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Saytın bu və digər yenilikləri ilə www.asan.gov.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri