Previous Next
Bağla

“Microsoft” Brüsseldə Şəffaflıq Mərkəzi açıb

08-06-2015 11:41
“Microsoft” Brüsseldə Şəffaflıq Mərkəzi açıb

ABŞ-ın “Microsoft” korporasiyası Brüsseldə Şəffaflıq Mərkəzini (Transparency center) istifadəyə verib. Xüsusi ofis korporasiyanın bu və ya digər məhsulunun çıxış kodunu yoxlamaq istəyən dövlət strukturları ilə qarşılıqlı əlaqə üçün yaradılıb.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, ABŞ istehsalçısının dövlət qurumları ilə əlaqə üçün müvafiq “Government Security Program” (GSP) proqramı 2003-cü ildən fəaliyyət göstərir. Proqram əməliyyat sisteminin, ofis məhsullarının və s. çıxış kodunun xüsusi xidmət orqanlarına verilməsinə xidmət edir. Şəffaflıq Mərkəzi dövlət qurumlarının “GSP” sazişi üzrə malik olduqları çıxış kodlarına rahat nəzarəti nəzərdə tutur.

Burada kompüterlərdə kodun analizi üçün xüsusi proqram təminatı quraşdırılıb. Həmçinin dövlət strukturlarının nümayəndələri kodun statistik və dinamik analizini etmək imkanından yararlana bilərlər.

“Government Security Program (GSP)” proqramı çərçivəsində hökumət təşkilatları əsas biznes məhsullarından (Windows 8.1, Windows 7, Windows Vista, Windows Server 2012 R2, Windows Server 2012, Windows Server 2008 R2 və Windows Server 2008, Office 2013, Office 2010 və Office 2007, Lync 2013, SharePoint 2010, Windows Embedded CE 6.0, CE 5.0 və CE 4.0) yararlanmaq imkanına malikdirlər.  

“GSP” dünyanın 23 ölkəsində 42 müxtəlif agentlik üçün fəaliyyət göstərir. Brüssel Şəffaflıq Mərkəzi “Microsoft”un 2014-cü ilin iyunda ABŞ-da açdığı mərkəzdən sonra istifadəyə verilən ikinci mərkəzdir. Belə mərkəzlərin digər Avropa ölkələrində, Şimali və Cənubi Amerikada, Asiyada açılması planlaşdırılır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft NATO ilə saziş imzalayıb

16-09-2015

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015

Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

Microsoft şirkəti Windows Live və Office Live`i birləşdirmək fikrindədir.

28-01-2009

Microsoft yeni Windows HPC Server 2008 sistemi təqdim edir

23-09-2008

Windows 7 bu ilin sonunda nümayiş olunacaq

19-09-2008

Windows Vista və Office 2007-nin Azərbaycan dilində versiyaları hazırlanıb

12-11-2008

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

Microsoft rəsmən Windows Server 2016-nı təqdim edib

17-10-2016

Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

02-12-2015

Windows 7 əməliyyatının işləməsinə Microsoftun 2500 işçisi cəlb olunub

21-08-2008

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Windows versiyaları üçün yeniləmə təqdim olunub

22-07-2015

Windows 7-ni nə qədər gözləyəcəyik?

06-04-2009

Windows XP azı 2010-cu ilə qədər yaşayacaq

19-01-2009

Windows 7 dilimizə uyğunlaşdırılıb

20-11-2010

Office 2019 paketi təqdim edilib

26-09-2018

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə