Previous Next
Bağla

“Nar” Gəncədə növbəti regional mağazasını təqdim edib

16-12-2025 20:36
“Nar” Gəncədə növbəti regional mağazasını təqdim edib

Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi. Gəncə şəhəri, Şah İsmayıl  Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir.

Xeberler.az bildirir ki, açılış mərasimində iştirak edən “Nar”ın baş icraçı direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq qaldığını bildirib: “Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik.”

Gəncə şəhərinə səfər edən “Nar” rəhbərliyi həmçinin tərəfdaşlıq etdiyi Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün karyera təlimi həyata keçirib. Universitetin rəhbər heyəti ilə görüşən “Nar” rəhbərliyi növbəti il üçün əməkdaşlıq perspektivlərini müzakirə edib.

Qeyd edək ki, mobil operator bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də regionlarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. 2025-ci il ərzində “Nar” rəhbərliyi Gəncə şəhəri ilə yanaşı Füzuli və Salyan rayonlarında da bənzər mağaza açılışı və maarifləndirici layihələr həyata keçirib.

“Nar”ın həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda

03-10-2025

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur

17-12-2025

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

“Nar” Şərurda yeni mağazasını təqdim etdi

20-12-2023

“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir

31-01-2024

"Nar" mağazalarını yeniləməyə davam edir

12-12-2022

Nar Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

07-02-2019

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

02-04-2024

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

Nar paytaxtda yeni rəsmi mağazasını təqdim etdi

17-01-2019

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub

27-02-2026

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

06-12-2023

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

12-03-2026

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

29-03-2023

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

“Nar” və AzTU bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib

25-02-2026

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

“Nar” sərfəli smartfon modellərini təqdim edir

10-10-2024

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

17-10-2025

“Nar” Daşkəsən festivalında iştirak etdi

22-07-2025

“Nar” Qaxda yenilənmiş mağazasını təqdim edib

02-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə