Previous Next
Bağla

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində müraciətlərin qəbuluna başlanılıb

08-10-2026 18:29
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində müraciətlərin qəbuluna başlanılıb

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biri olan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2027-ci il üçün müraciətlərin qəbuluna başlanılıb.

Xeberler.az məlumat verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən proqram yerli müəssisələrin texnoloji transformasiyasının sürətləndirilməsinə xidmət edir. Proqramın məqsədi qabaqcıl texnologiyaların tətbiqini təşviq etməklə bizneslərin əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq, innovativ və dayanıqlı istehsal imkanlarını genişləndirmək və ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq hər bir müəssisənin ehtiyac və prioritetləri nəzərə alınmaqla fərdiləşdirilmiş texnoloji transformasiya yol xəritəsi hazırlanır. Növbəti mərhələdə müəssisələrə müəyyən edilmiş həllərin tətbiqi üzrə texniki ekspert dəstəyi, eləcə də müvafiq maliyyə resurslarına çıxış istiqamətində dəstək göstərilir.

Qeyd edək ki, 2026-cı ildə 18 müəssisənin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və onlar üçün fərdi transformasiyaya dair yol xəritələri hazırlanıb. Bir sıra müəssisələr artıq həmin yol xəritələrində müəyyən edilmiş prioritet layihələrin icrasına başlayıblar. Tətbiq olunan həllər istehsal və idarəetmə proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması, məlumatlardan daha səmərəli istifadə və digər texnoloji inkişaf istiqamətlərini əhatə edir.

Proqram çərçivəsində 2030-cu ilədək ümumilikdə 65 müəssisənin sənaye 4.0 transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir. Həmçinin proqram çərçivəsində təqdim olunan xidmətlər müəssisələr üçün ödənişsizdir.

Müəssisələr proqrama qoşulma meyarları ilə tanış olmaq və müraciət etmək üçün https://industry4.az saytından keçid edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

08-07-2026
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

01-06-2026
“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025
“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025
Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

24-06-2026
4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026
“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025
4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025
Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025
“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025
Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025
KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilib

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilib

30-09-2024
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə