Previous Next
Bağla

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilib

30-09-2024 19:43
KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilib

Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, eləcə də KOB sahibkarları iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları ölkədə rəqəmsallaşma siyasəti çərçivəsində hökumət, cəmiyyət və biznes istiqamətlərində həyata keçirilən fəaliyyətin icmalı ilə tanış edib. KOB-ların rəqəmsallaşması proqramının mahiyyəti və əhəmiyyətinə toxunan S.Məmmədov bildirib ki, proqramın başlıca məqsədi rəqəmsallaşmanı təşviq etməklə kiçik və orta biznesləri dəstəkləmək, onların effektivliyini, rəqabət qabiliyyətini və bazar əhatəsini genişləndirməkdir. KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında maariflənməsi məqsədilə seminarlar və təlim proqramları təşkil olunacaq, eyni zamanda, “CTO-as-a-Service” vauçerləri kimi təşəbbüslərlə bacarıqların artırılması dəstəklənəcək.

O, həmçinin bu proqramın “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer alan kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullarla təşviq edilməsi məqsədinə xidmət etdiyini də xüsusilə vurğulayıb.

Daha sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib. O qeyd edib ki, rəqəmsallaşmanın ümumilikdə KOB-ların yeni bazarlara çıxışı, əməliyyat mühitinin səmərəliliyi və işçi heyəti ilə təmas üsullarının inkişafı baxımından böyük potensialı var: “Rəqəmsal həllər KOB-ların daha asanlıqla qlobal dəyər zəncirinə inteqrasiya etməsinə, innovativ fəaliyyətini yüksəltməsinə və məhsuldarlığın artmasına köməklik edə bilər”.

Sonra KOB-ların Rəqəmsallaşdırılması Proqramının rəhbəri Elturan Əhmədbəyli əvvəlcə proqramın reallaşdırıldığı 4 mərhələ haqqında təqdimatla çıxış edib “Hal-hazırda proqramın 3-cü mərhələsi icra edilir. Layihə rəhbərinin sözlərinə görə, sözügedən proqram bazar araşdırması, dünya təcrübəsi və yerli KOB-ların təhlili, təchizatçılarla görüşlər və proqrama daxil olan layihələrin icrası mərhələlərindən ibarətdir”. Daha sonra o, KOB-ların Rəqəmsallaşma Proqramının “digiMATE” və “DIGI30” kimi layihələri haqqında ətraflı məlumat verib.

Son olaraq, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov çıxış edib. O, öz nitqində rəqəmsal iqtisadiyyatın inkişafına dəstək çərçivəsində həyata keçirilən təşəbbüslərdən danışıb.

Qeyd edək ki, KOB-ların Rəqəmsallaşma Proqramı onların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq, rəqabət qabiliyyətini artırmaq və bazar imkanlarını genişləndirmək məqsədilə hazırlanıb. Bu proqram çərçivəsində kiçik və orta bizneslər üçün maarifləndirici seminar və təlimlərin təşkil olunması, eyni zamanda, “CTO-as-a-Service” kimi təşəbbüslər vasitəsilə bacarıqların artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. Rəqəmsallaşma təşəbbüslərinin qrantlar və digər maliyyə mexanizmləri ilə dəstəklənməsi də nəzərdə tutulur. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılmış “digiMATE” platforması artıq 2024-cü ilin avqust ayından etibarən istifadəyə verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024
Azərbaycanda KOB-ların Rəqəmsallaşma Proqramı gələn il tam tətbiq olunacaq

Azərbaycanda KOB-ların Rəqəmsallaşma Proqramı gələn il tam tətbiq olunacaq

30-09-2024
Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023
Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024
Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək

Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək

30-09-2024
4SİM: 2030-cu ilədək ölkədə 650-dək şirkətin rəqəmsallaşması nəzərdə tutulub

4SİM: 2030-cu ilədək ölkədə 650-dək şirkətin rəqəmsallaşması nəzərdə tutulub

30-09-2024
İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

01-12-2023
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

29-10-2024
Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

27-04-2022
Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023
“DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyası qurulacaq

“DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyası qurulacaq

11-03-2024
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022
Samir Məmmədov: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

Samir Məmmədov: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

30-09-2024
KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

13-11-2025
Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019
KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023
KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025
Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023
KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

18-12-2025
Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

06-12-2023
Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025
KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə